Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konsepsiya beynəlxalq hüquqa söykənir”

Mübariz Qurbanlı: “Kazanda keçirilən görüş erməni diplomatiyasının faktiki olaraq dalana dirənməsi ilə özünü göstərdi”

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar irəli sürdüyü konsepsiya beynəlxalq hüquqa söykənir. Azərbaycan prezidenti İlham Əliyevin Soçi şəhərində Rusiya prezidenti Dmitri Medvedyev ilə görüşü əsasən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində aparılan danışıqların növbəti mərhələsini təşkil edir”.

Simsar.az-ın məlumatına görə, bu açıqlamanı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın rəsmi saytına verib.

Bir müddət öncə Kazanda üçtərəfli görüş keçirildiyini xatırladan M. Qurbanlı bildirib ki, Ermənistanın indiki vəziyyəti, ağır sosial-iqtisadi problemlərlə üz-üzə qaldığı bir şəraitdə Rusiya bu münaqişənin həllində daha çox fəallıq göstərməkdədir. Onun sözlərinə görə, prezident İlham Əliyev bütün görüşlərdə Azərbaycanın Qarabağla əlaqədar müəyyən etdiyi konsepsiyanı aydın şəkildə diqqətə çatdırıb: “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar irəli sürdüyü konsepsiya, fikirlər beynəlxalq hüquqa söykənir.
Beynəlxalq hüququn norma və prinsipləri ərazi bütövlüyünü və suverenliyi ön plana çəkir. Ərazi bütövlüyü və suverenlik məsələsi də bu danışıqlarda Azərbaycan tərəfinin irəli sürdüyü başlıca fikirdir. O da məlumdur ki, Kazanda keçirilən görüş erməni diplomatiyasının faktiki olaraq dalana dirənməsi ilə özünü göstərdi. Yəni dövlətimizin ədalətli, obyektiv mövqeyi qarşısında ermənilər hansısa başqa fikir ortaya qoya bilmir”.

M. Qurbanlı deyib ki, bütün hallarda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktı göz önündədir və bunu inkar etmək mümkün deyil: “Ona görə də, Kazan görüşündə müəyyən nəticəyə gəlinməməsi məhz Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi ilə bağlı idi”

M. Qurbanlı bildirib ki, Kazan görüşündən sonra Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi vasitəçilik missiyasını davam etdirir. Onun fikrincə, iki dövlət başçısının Soçi görüşü də Kazan görüşündə ortaya çıxan məsələlərin müzakirəsinə yönəlib: “Prezident İlham Əliyev bu görüşdə bir daha bildirib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə hazırdır. Bu münaqişənin həllinə ən çox Azərbaycan maraqlıdır. Azərbaycan tərəfi status-kvonun saxlanmasının əleyhinədir. Əlbəttə, bu gün dünyada gedən proseslər baxımından məsələyə yanaşsaq, Ermənistanın iqtisadi cəhətdən tamamilə çökdüyünü görməkdəyik. Belə olan şəraitdə bu münaqişəni həll etməklə Ermənistanı regional layihələrə daxil etmək və onu bir növ xilas etmək istiqamətində addımlar atılır. Buna görə də, fəallıq özünü açıq şəkildə büruzə verir. Düşünürəm ki, Soçi görüşündən sonra Rusiya prezidentinin Ermənistan prezidentilə, daha sonra sonra isə üçtərəfli görüşün keçirilməsi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə mühüm və əhəmiyyətli addımlardan biri olacaq”






11 Avqust, 2011  17:17 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner