Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCAN SİNOPTİKLƏRİNDƏN NÖVBƏTİ XƏBƏRDARLIQ

Azərbaycan sinoptikləri yaxın 3 gündə hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olduğu barədə xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, yaxın 3 gün ərzində meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün müsbət amil olsa da, temperaturların tədricən yüksəlməsi fonunda zəif küləklərin üstünlüyü, bəzi saatlarda yaranan durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25, gündüz 32-36 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə təşkil edəcək.






11 Avqust, 2011  15:53 Baxılıb: 1009 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner