Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İRANDA İŞSİZ GƏNCLƏRƏ AYDA 300 DOLLAR

İranda işsiz gənclərə ayda 300 dollar məbləğində vəsait veriləcək

İran parlamentinin İctimai komissiyasında gənclərin sığortası ilə bağlı yeni layihə təsdiq olunub. Həmin layihə iş axtaran gənclərlə bağlıdır və onlara ayda 300 dollar məbləğində vəsaitin verilməsini nəzərdə tutur. Bu barədə İran parlamentinin İctimai komissiyasının sədri Hadi Müqəddəsi deyib.

Komissiya sədri əlavə edib ki, layihənin bir neçə üstünlüyü var. İlk növbədə, ölkədə işsiz gənclərin dəqiq statistikası müəyyənləşəcək, digər tərəfdən layihənin icrası gənclərə arxayınlıqla ixtisasları üzrə iş axtarıb tapmağa zəmin yaradacaq. Eyni zamanda, gənclərin sosial problemlərinin həllinə təsir edəcək.

"Layihəyə əsasən, həmin məbləğ iş axtaran gəncə 2 il müddətində aylıq maaş formasında veriləcək və gənc iş tapdıqdan sonra 50 ay müddətində aldığı pulu dövlətə geri qaytaracaq", - Müqəddəsi deyib.

İran Statistika Mərkəzinin ötən ilin yazında açıqladığı sonuncu statistikada ölkədəki işsizliyin səviyyəsi 14,6 faiz təşkil edir, lakin bəzi ekspertlər hesab edir ki, ölkədə işsizliyin səviyyəsi 30 faiz dən artıqdır. İranın 20 illik (2005-2025) inkişf planında göstərilir ki, ölkədə işsizliyin səviyyəsinin aşağı salınması üçün illik iqtisadi inkişaf minimum 8 faiz olmalıdır.1997-2005 illərdə Məhəmməd Xatəminin prezidentlik dövründə orta hesabla illik 5 faiz iqtisadi inkişafla ildə 600 min yeni iş yeri yaradılıb. İran Prezidenti Mahmud Əhmədinejad isə bir neçə ay öncə bildirmişdi ki, son bir ildə ölkədə 1,6 milyon yeni iş yeri açılıb, cari ildə (İranda il martın 21-də dəyişir) isə 2,5 milyon yeni iş yeri açılacaq.






11 Avqust, 2011  03:18 Baxılıb: 1555 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner