Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BİR NEÇƏ PROKUROR MƏSULİYYƏTƏ CƏLB OLUNUB

Azərbaycanda bəzi prokurorlar intizam məsuliyyətinə cəlb ediliblər

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, vətəndaşların ərizə, şikayət və müraciətlərinə qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində və obyektiv baxılması, onların haqlı tələblərinin təmini istiqamətində zəruri tədbirlərin görülməsi prokurorluq orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib.

Mütəmadi olaraq, bu sahədə işin səmərəliliyinin yüksəldilməsi, effektiv nəzarət mexanizmi yaradılmaqla prokurorluq əməkdaşlarının məsuliyyətinin artırılması, vətəndaş müraciətlərinə formal yanaşma hallarına və digər qanunsuzluq faktlarına qarşı qəti tədbirlərin görülməsi təmin olunur.

Məlumata görə, son dövrlər ərzində prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin yeni informasiya texnologiyalarının imkanlarından hərtərəfli istifadə olunaraq müasir müstəvidə təşkili istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilməklə, "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması barədə" 01.11.2010-cu il tarixli tam yeni məzmunda əmr verilib, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin strukturu daha da təkmilləşdirilməklə "Vətəndaşların qəbulu şöbəsi" yaradılmış, idarənin kadr tərkibi peşəkar əməkdaşlar hesabına əhəmiyyətli dərəcədə yeniləşdirilib.

Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili vəziyyətinin Mingəçevir şəhər, Ağsu və Cəlilabad rayon prokurorluqlarında yoxlanılması nəticəsində bu sahədə ciddi çatışmazlıqlara və icra intizamının pozuntusu hallarına yol verildiyi müəyyən edildiyinə görə Baş Prokurorluq üzrə 08.08.2011-ci il tarixli əmrlə həmin şəhər və rayonların prokurorları A.Qarayev, S.Məmmədli və M.İsmayılov, habelə Mingəçevir şəhər və Cəlilabad rayon prokurorlarının müavinləri və bir sıra digər əməkdaşlar intizam məsuliyyətinə cəlb ediliblər.

Prokurorluq orqanları tərəfindən "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə dönmədən əməl edilməsi, bu sahədə işin düzgün təşkilinə görə əməkdaşların məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək.






11 Avqust, 2011  00:15 Baxılıb: 1041 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner