Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Müxalifət özünü arsız vəziyyətə qoyub"

YAP yetkilisi partiya sədrlərinin Ayaz Mütəllibovla görüşünü belə qiymətləndirib

"Ayaz Mütəllibova ölkəsinə gəlmək üçün icazə verilməsi bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının bütün təbəqəsinə, kimliyindən asılı olmayaraq, hər bir insana humanist prinsiplərlə yanaşan bir insandır", - bunu çərşənbə günü Trend-ə açıqlamasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib.

O deyib ki, dövlət başçısı tək indi yox, dəfələrlə bu cür humanist addımlar atıb.

"Cənab İlham Əliyev hələ prezident seçilərkən "mən bütün azərbaycanlıların prezidentiyəm" - deyə bəyan etmişdi. Tək indi yox, dəfələrlə bu cür humanist addımlar atılıb. Müəyyən adamlar dünyasını dəyişən yaxınlarının dəfn mərasimində iştirak etmək üçün həbsdən azad olunublar. İndiki vaxtda belə bir humanist addımın atılması, Ayaz Mütəllibovun toxunulmazlığının təmin olunması təqdirəlayiq haldır. Baxmayaraq ki, vaxtilə ümummilli liderimiz Heydər Əliyevə qarşı çoxsaylı məhdudiyyətlər qoyulmuşdu. Ümummilli liderimizə ümumiyyətlə, Bakı şəhərində yaşamağa imkan vermədilər. Təhdidlərlə, təqiblərlə, hədələrlə onu Naxçıvan Muxtar Respublikasına getməyə vadar etdilər", - Novruzov əlavə edib.

YAP rəsmisi vaxtilə Ayaz Mütəllibova düşmən kəsilən müxalifət liderlərinin ona yaxınlığına da şərh verib.

"Azərbaycanda hər bir insana yaxınının dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verilir. Amma mənim üçün də bir məqam qaranlıq qaldı. Həmin müxalifət liderləri hesab edirlər ki, bu xalqın yaddaşından hər şey silinib. Özlərini arsız vəziyyətə qoyublar. Halbuki, bu hadisələrin birbaşa təşkilatçıları onlar özləridir. Vaxtilə Azadlıq meydanında, Prezident Aparatının qarşısında "dar ağacı quran" həmin Əli Kərimli, İsa Qəmbər və digərləri idi. Bu şəxslər, həmçinin Azərbaycanda ilk dəfə hakimiyyətin silah yolu ilə ələ keçirilməsi ənənəsini yaradıblar. Prezident Aparatına, Ali Sovetə silahlı basqın ediblər. Onlar həmin insanlardır ki, hakimiyyətə gəlmək üçün hər şeyə hazır idilər. Ayaz Mütəllibova qarşı cinayət işini məhz o vaxtkı iqtidar qaldırıb", - Novruzov əlavə edib.






10 Avqust, 2011  22:06 Baxılıb: 971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner