Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Evinin uçurulmayacağına təminatın varmı?

Hüquq müdafiəçiləri mətbuat konfransında tikinti şirkətlərinin fırıldaqlarından danışdı

Bu gün Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri mətbuat konfransı keçirərək mülkiyyət hüququ ilə bağlı onlara daxil olan şikayətlər barədə məlumat veriblər.

Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, quruma müxtəlif hüquqların pozulması ilə bağlı çoxsaylı şikayətlər daxil olur, onların arasında mülkiyyət hüququna dair şikayətlər üstünlük təşkil edir.

“Heç kimin qarantı yoxdur sabah o, evində qalıb yaşaya biləcək, ya yox. Vətəndaşlarla razılaşdırılmamış onların evləri əllərindən alınır. Üstəlik verilən kompensasiyaya şəhərin kənarında belə ev almaq mümkün deyil” - deyən, hüquq müdafiəçisi bəzi tikinti şirkətlərinin vətəndaşları aldadmaları ilə bağlı məsələyə toxunub.

“Tikinti şirkətləri bir mənzili 10 adama satıblar. Nəticədə insanların illərlə qəpik-qəpik yığdıqları pullar batıb, evsiz-eşiksiz qalıblar. Qohumun evində nə qədər qalmaq olar» deyə, S.Qocamanlı xatırladıb.


İslam, Demokratiya və İnsan Haqları təşkilatının rəhbəri Aytəkin İmranova isə deyib ki, yeni tikintiyə və dağıntılara moratorium qoyulmalıdır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə hökumətin bu insanları mənzillə təmin etmək imkanının olduğunu deyib: «Bakıda çoxsaylı boş mənzillər var. Aldadılmış bu insanlara həmin binalarda mənzillər verməklə problemi həll etmək olar. Mülkiyyət müqəddəsdir, heç kim bu hüquqa müdaxilə edə bilməz».

RAMİL










10 Avqust, 2011  21:14 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner