Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏT İKİ DƏFƏ UCUZLAŞA BİLƏR

Vüqar Bayramov: "Gömrükdəki suni maneələr aradan qaldırılarsa, bir sıra məhsulların qiyməti düşər"

Son günlər ət məhsullarının qiymətində artımlar müşahidə edilməkdədir. Belə ki, bir qayda olaraq yay aylarında ucuzlaşan ət məhsulları nədənsə bu yay bahalaşır. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, ətin qiymətinin qalxması süni xarakter daşıyır və burada daha çox sahibkarlar günahkardır. Qeyri-rəsmi araşdırmalar, illər üzrə gömrük rəsmiləşdirmələri göstərir ki, ölkədə ətin qiyməti süni şəkildə bahalaşdırılır. Misal üçün 2007-ci ildə ölkəyə gətirilən mal əti gömrükdə 99 qəpiyə, ( həmin ildə dükan-bazarlarda mal əti 4 manat 60 qəpiyə satılırdı), qoyun əti 1 manat 22 qəpiyə (həmin ildə qoyun əti 5 manatdan ucuz deyildi), toyuq əti isə 43 qəpiyə (həmin ildə toyuq əti bazarlarda 7 dəfə baha, yəni 2 manat 87 qəpiyə satılırdı) rəsmiləşdirilib.

İqtisadçı-ekspert Vüqar Bayramovun verdiyi açıqlamada bildirib ki, ətin qiymətindəki artımlar təkcə süni deyil, bir sıra inzibati müdaxilələrlə bağlıdır: “Ölkədə yerli istehsal ət məhsullarına olan tələbatın tam ödənilməsinə imkan vermir. Təlabatı ödəmək üçün bir sıra, eləcə də qonşu ölkələrdən, xüsusən Gürcüstandan idxal həyata keçirilir. Azərbaycanda ətin qiymətinin Gürcüstanla müqayisədə baha olduğunu nəzərə alsaq, praktiki idxalın liberallaşdırılması, o cümlədən suni maneələrin aradan qaldırılması qiymətlərin kəskin ucuzlaşmasına səbəb ola bilər.Gürcüstanda ən baha ətin qiyməti Azərbaycan manatı ilə 2,5 - 3 manat arasında dəyişir. Azərbaycanda isə qoyun ətinin qiyməti 9 manatdır. Praktiki Gürcüstanda qoyun ətinin qiyməti Azərbaycanla müqayisədə 3 dəfə ucuzdur”.

Mütəxəssis hesab edir ki, gömrükdəki suni maneələrin aradan qaldırılması nəticəsində Azərbaycanda ətin qiymətinin kəskin ucuzlaşmasına nail olmaq mümükündür: “Hesablamalarımız göstərir ki, gömrükdəki süni maneələri aradan qaldırılarsa, Azərbaycanda bir sıra məhsulların, eləcə də ət məhsullarının qiyməti iki dəfə ucuzlaşar. Qonşu ölkələr arasında ərzaq məhsullarının qiyməti ilə bağlı mütənasiblik olmalıdır. Bir ölkədə ərzaq məhsulunun qiyməti qonşu ölkəyə nisbətən 3 dəfə bahadırsa bu, iqtisadi baxımdan izah edilə bilməz”.






10 Avqust, 2011  20:36 Baxılıb: 721 Çap

Bu bölmədə

16 Sentyabr, 2020
Neft yenidən bahalaşdı
25 Mart, 2020
Neft bahalaşdı

XƏBƏR LENTİ





18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37


sagbanner