Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AİLƏNİN TƏK ÖVLADI OLANLARA ŞAD XƏBƏR

Azərbaycanda ailənin tək övladı olan şəxslər hərbi mükəlləfiyyətdən azad oluna bilərlər

Azərbaycan Parlamentinə "Hərbi çağırışın əsasları", "Hərbi xidmət haqqında" və digər qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə ictimaiyyətdən bir sıra təkliflər daxil olub. Bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, daxil olan təkliflər əsasən magistratura ilə bağlı məsələlərlə əlaqədardır.

"Hazırda Azərbaycanda ali məktəblərin bakalavriatura pilləsini bitirən oğlanlar magistraturaya daxil olsalar da, hərbi xidmətə gedirlər. Təklif olunur ki, magistraturaya daxil olmuş şəxslər təhsillərini başa çatdırdıqdan sonra hərbi xidmətə getsinlər. Bundan əlavə, o da təklif olunur ki, ali məktəbi bitirən şəxslərə magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün şərait yaradılsın, qəbul olmadıqları təqdirdə hərbi xidmətə getsinlər", - Novruzov əlavə edib.

Deputat qeyd edib ki, daxil olan təkliflər sırasında ailənin tək övladı olan şəxslərin hərbi mükəlləfiyyətdən azad olunması məsələsi də qeyd edilir.

O, həmçinin bildirib ki, bu təkliflərin qanun şəklinə salınması üçün müzakirələr aparılmalıdır, lakin hələ ki bu, baş tutmayıb.

"Bütün irəli sürülən təkliflər nəzərdən keçirildikdən sonra bu məsələ Təhlükəsizlik və müdafiə komitəsində və Milli Məclisin iclasında müzakirə oluna bilər", - Novruzov deyib.

Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, magistraturaya daxil olan şəxslər üçün hərbi xidmətdən möhlət hüququ verilmir. Bundan əlavə, ailənin tək övladının hərbi xidmətə çağırılması da həyata keçirilir./trend






10 Avqust, 2011  19:24 Baxılıb: 1018 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner