Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PREZİDENTİN QƏBULU

İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin səfirlərini qəbul edib

“AzərTAC”ın yaydığı məlumata görə, müqəddəs Ramazan ayı münasibətilə görüş iştirakçılarına xoş arzularını bildirən dövlət başçısı onlardan səmimi salamlarını və təbriklərini təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib. Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan prezident İlham Əliyev islam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini söyləyib. Azərbaycan ilə islam ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan prezident İlham Əliyev ölkəmizin islam həmrəyliyinə layiqli töhfələr verdiyini bildirib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev problemin nizama salınması ilə bağlı islam ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini də deyib. Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təmsil etdikləri ölkələrə sülh və firavanlıq arzulayan prezident İlham Əliyev bir daha görüş iştirakçılarına xoş arzularını çatdırıb.
Özbəkistanın səfiri İsmatilla Yerqaşev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından Ramazan ayı münasibətilə prezident İlham Əliyevi və xalqımızı təbrik edib, sülh və firavanlıq arzulayıb. Diplomat müqəddəs Ramazan ayı münasibətilə dövlətimizin başçısı ilə görüşün ənənəvi xarakter almasının əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra xatirə şəkli çəkdiriib.






10 Avqust, 2011  18:37 Baxılıb: 1575 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner