Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident Administrasiyası Soçi görüşünün nəticələrinə dair mövqeyini açıqlayıb

Danışıqları bundan sonra da davam etdirmək lazımdır

"Son vaxtlar prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən görüşlərdə və danışıqlarda Madrid baza prinsiplərinə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub".

Bunu çərşənbə günü Trend-ə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

"Bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparan dövlət başçıları, sonra Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bu istiqamətdə gedən danışıqlar prosesini müzakirə ediblər. Prezidentlərin mövqeyini belə ifadə etmək olar ki, son vaxtlar prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən görüşlərdə və danışıqlarda Madrid baza prinsiplərinə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub. Buna görə də danışıqları bundan sonra da davam etdirmək lazımdır", - Məmmədov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin çərşənbə axşamı Soçidə keçirdikləri görüşün yekunlarını şərh edərkən deyib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə Soçi şəhərinə işgüzar səfər edib.

Məmmədov deyib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha Prezident Dmitri Medvedevə çatdırıb.

"Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyev işgüzar səfərə dəvət, səfər zamanı göstərilən xüsusi münasibət və diqqətə, eyni zamanda çox faydalı fikir mübadiləsinə görə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə təşəkkürünü ifadə edib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev danışıqlardan sonra, Kazan görüşündə olduğu kimi, dəfələrlə, Ermənistan rəhbərliyinin yaxın dairələrin və diasporun imkanlarından istifadə edərək danışıqların uğurla nəticələnməməsinin məsuliyyətini Azərbaycan tərəfinin üstünə atmasını onların qeyri-səmimiliyinin nümayişi olduğunu bildirib", - PA rəsmisi deyib.

N.Məmmədovun sözlərinə görə, səfər zamanı iki dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında formalaşmış ikitərəfli münasibətləri və əməkdaşlığı yüksək qiymətləndirərək, bu istiqamətdə səyləri davam etdirmək əzmində olduqlarını bildiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Novruz Məmmədovun bəyanatını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.






10 Avqust, 2011  16:27 Baxılıb: 929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner