Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ƏRƏFATIN ÖLÜMÜNDƏ “ƏL FƏTİH”in KEÇMİŞ LİDERİ GÜNAHKAR BİLİNİR

Məhəmməd Dahlan isə "Fələstin prezidenti Mahmud Abbas mənimlə dava etmək yerinə müstəqillik üçün işlər görsə daha yaxşı olar” deyə bildirib  

Fələstin lideri Yasər Ərafatın ölümüylə bağlı dünən Fələstinin “Əl Fəth” siyasi təşkilatının yüksək rütbəli məmurları toplantı keçiriblər.

Fələstin lideri Yasər Ərafatın ölümü ilə bağlı “Əl Fətih” təşkilatının keçmiş liderlərindən sayılan Məhəmməd Dahlanın şübhəli olduğu iddia edilir.

Bununla bağlı “Əl Fətih”in dünən yaydığı açıqlamada bildirilir ki, M.Dahlan Parisdəki xəstəxanada müalicə almış Ərafata dərman əvəzinə zəhər verib.

İddia əsaslandırılmasa da, Dahlanın Ərafatın mühafizəçilərinə çirkin təklif irəli sürməsi iddia olunur.

Açıqlamada heç bir mənbə göstərilmədən Dahlanın ABŞ-ın Fələstinə göndərdiyi 300 milyon dolları mənimsədiyi irəli sürülür.

Dahlan ise bu iddialara cavab olaraq Dubaydan açdığı telefon zəngində bildirib ki, bütün bunlar Ərafatın qanına əl bulaşdırmış İsrailə xidmət etməkdən başqa bir şey deyil.

"Fələstin prezidenti Mahmud Abbas mənimlə dava etmək yerinə müstəqillik üçün işlər görsə daha yaxşı olar” deyə Dahlan bildirib.

“Əl Fətih” təşkilatı hazırkı prezidetn Mahmud Abbası dəstəklədiyi üçün Dahlan həmin partiyadan xaric olunub.






9 Avqust, 2011  18:00 Baxılıb: 1179 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner