Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

I SİNİFƏ ŞAGİRD QƏBULU BAŞLAYIB

2011-2012-ci tədris ili üçün Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbuluna başlanılıb

Bu haqda Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib. Təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş “Qaydalar”a əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.
Qeyd edək ki, 2011-2012-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunması proqnozlaşdırılır. Yeni tədris ilində Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib. 2010-2011-ci dərs ilində ölkədə I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib.






8 Avqust, 2011  20:11 Baxılıb: 969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner