Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

YULİYA TİMOŞENKONUN HƏBSİ TƏXİRƏ SALINMADI

Ukraynanın keçmiş baş nazirinin məhkəmə işi bu gün də davam edir

Kiyev məhkəməsi keçmiş baş nazir Yuliya Timoşenkonun həbsini təxirə salmaqdan imtina edib. Yuliya Timoşenkonun müdafiəçiləri keçmiş baş nazirin həbsinin təxirə salınmasını və haqqında qəti-imkan tədbirinin görülməsini xahiş etmişdilər. Məhkəmə iclası səhər saat 10:00-a təyin olunsa da, Yuliya Timoşenkonu gətirən maşın Peçersk məhkəməsinin həyətinə artıq saat 6:00-da gəlib. Keçmiş baş nazirlə bərabər eyni maşında keçmiş daxili işlər naziri Yuri Luçenko da məhkəməyə gətirilib. Onun işi ilə bağlı məhkəmə iclası Kiyev vaxtı ilə 9:30-da başlayıb.

Peçersk məhkəməsinin qarşısında ümumilikdə vəziyyət sakit olub. Burada ictimai asayişi 1000-dək xüsusi təyinatlı qoruyur. Məhkəməyə aparan bütün çıxışlar metal kordonlarla bağlanıb. Məhkəmə zalında video və foto-çəkiliş qadağan olunub. Yuliya Timoşenkonun "Batkivşina" partiyası ilə yanaşı, digər müxalifətyönümlü partiyaların nümayəndələri də binanın qarşısına axışıb. Burada Timoşenkonun əleyhdarları da toplaşıb. "Ukraynanın İctimai Birliyi" partiyası hakim Kireyevin fəaliyyətini alqışlayır.

Bu gün məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadədə və 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayaraq Ukraynaya ziyan vurmaqda ittiham olunan Yuliya Timoşenkonun işi ilə bağlı şahidlərin dindirilməsi davam edəcək. Yuliya Timoşenkonun blokundan olan deputatlar isə hazırda tətildə olan Ali Radanın növbədənkənar iclasının keçirilməsinə dair səs toplamağa başlayıblar.






8 Avqust, 2011  19:34 Baxılıb: 1011 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner