Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCANA DAHA ÇOX TURİST HARDAN GƏLİR?

Azərbaycanın daha çox turist qəbul etdiyi ölkələrin adları açıqlanıb

Azərbaycana daha çox sərhədyanı ölkələrdən - Rusiya, Gürcüstan, İran və Türkiyədən turistlər gəlir. Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, bu siyahıda sonrakı yerləri Avropa ölkələri tutur.

İsmiyev son 2-3 ildə Azərbaycana Yaponiya və Çindən də turistlərin gəldiyini bildirib.

"Onlar əsasən, regional marşrutlara maraq göstərirlər. Gürcüstan-Azərbaycan marşrutundan istifadə edəndə eyni səfər zamanı bir neçə ölkəyə - Türkiyə, Gürcüstan, Azərbaycana gələ bilirlər. Bu ölkənin turistləri məsafə uzun olduğundan onu daha maraqlı etmək üçün bir səfərlə 2-3 ölkəyə baş çəkirlər", - şöbə müdiri qeyd edib.

İsmiyev əlavə edib ki, 3-4 il əvvəl Azərbaycana turistlər fərdi şəkildə gəlirdilər. Amma artıq turistlərin Azərbaycana böyük qruplarla səfər etməsi halları çoxalıb. Bu hallar xüsusilə son iki ildə müşahidə edilir.

"Bu, həm Azərbaycanın turizm sahəsinin inkişafının, həm yerli turizm şirkətlərinin fəaliyyətinin, həm də ölkənin turizm potensialının xarici ölkələrdə təbliğinin nəticəsidir. Beynəlxalq turizm sərgilərində çıxış edərkən Azərbaycanın turizm şirkətləri müxtəlif ölkələrin turizm şirkətləri ilə müqavilələr bağlayırlar. Hər dəfə müqavilə bağlananda da təbii ki, turistlərin həm fərdi, həm də qrup şəklində Azərbaycana cəlb edilməsi məsələləri gündəmdə olur", - İsmiyev bildirib.

Ötən il Azərbaycana xaricdən 1 milyon 968 min turist gəlib. Bu ilin ilk 6 ayında isə bu göstərici 1 milyon 16 minə yüksəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.






6 Avqust, 2011  16:50 Baxılıb: 645 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31



sagbanner