Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycana 6 aydai 1 milyon 16 min turist gəlib

Onların çoxu Rusiya, İran və Türkiyədəndir

Azərbaycana daha çox sərhədyanı ölkələrdən - Rusiya, Gürcüstan, İran və Türkiyədən turistlər gəlir. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, bu siyahıda sonrakı yerləri Avropa ölkələri tutur.

İsmiyev son 2-3 ildə Azərbaycana Yaponiya və Çindən də turistlərin gəldiyini bildirib.

"Onlar əsasən, regional marşrutlara maraq göstərirlər. Gürcüstan-Azərbaycan marşrutundan istifadə edəndə eyni səfər zamanı bir neçə ölkəyə - Türkiyə, Gürcüstan, Azərbaycana gələ bilirlər. Bu ölkənin turistləri məsafə uzun olduğundan onu daha maraqlı etmək üçün bir səfərlə 2-3 ölkəyə baş çəkirlər", - şöbə müdiri qeyd edib.

İsmiyev əlavə edib ki, 3-4 il əvvəl Azərbaycana turistlər fərdi şəkildə gəlirdilər. Amma artıq turistlərin Azərbaycana böyük qruplarla səfər etməsi halları çoxalıb. Bu hallar xüsusilə son iki ildə müşahidə edilir.

"Bu, həm Azərbaycanın turizm sahəsinin inkişafının, həm yerli turizm şirkətlərinin fəaliyyətinin, həm də ölkənin turizm potensialının xarici ölkələrdə təbliğinin nəticəsidir. Beynəlxalq turizm sərgilərində çıxış edərkən Azərbaycanın turizm şirkətləri müxtəlif ölkələrin turizm şirkətləri ilə müqavilələr bağlayırlar. Hər dəfə müqavilə bağlananda da təbii ki, turistlərin həm fərdi, həm də qrup şəklində Azərbaycana cəlb edilməsi məsələləri gündəmdə olur", - İsmiyev bildirib.

Ötən il Azərbaycana xaricdən 1 milyon 968 min turist gəlib. Bu ilin ilk 6 ayında isə bu göstərici 1 milyon 16 minə yüksəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.






6 Avqust, 2011  15:47 Baxılıb: 1122 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner