Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

POLİS QAYDA POZAN SÜRÜCÜLƏRƏ HANSI "SURPRİZ"İ HAZIRLAYIR?

Yol hərəkəti qaydaları pozucularının ictimai məsuliyyətə cəlb edilməsi üçün onların fotoşəkillərinin və nömrə nişanlarının sosial şəbəkələrdə yerləşdirilməsi planlaşdırılır.

Yol hərəkəti qaydaları pozucularının ictimai məsuliyyətə cəlb edilməsi üçün onların fotoşəkillərinin və nömrə nişanlarının sosial şəbəkələrdə yerləşdirilməsi planlaşdırılır. Bu barədə xəzərxəbər-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən deyiblər.

"Onlara qarşı mübarizədə təsiredici üsul təkcə inzibati cərimələr deyil, həm də ictimai qınaqdır, - İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov deyib. - Səhifədə videoqeydiyyatların foto və kameralarından videoçarxlar qoyulacaq".

Onun sözlərinə görə, "qınaq lövhəsi"nə çıxarılacaq məlumatların sayəsində şəhər əhalisi qayda pozucularını üzündən tanıyacaq. "Cəmiyyətin qaydalara əməl etməyən sürücüləri tənqid etməsi yolda onların "odunu söndürəcək", - o əlavə edib.

Belə üsulla insanların diqqətini yol hərəkəti qaydalarının pozulması probleminə cəlb etmək olar.

Sosial şəbəkələrdə fotoşəkillərin dərc edilməsi yol hərəkəti qaydaları pozucularını öz hərəkətlərindən utanmağa məcbur edir, eləcə də digər sürücülər üçün nümunədir.






6 Avqust, 2011  01:48 Baxılıb: 1069 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner