Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK VƏ “ODLAR YURDU” ARASINDAKI QALMAQALIN QALİBİ BİLİNDİ

Əhməd Vəliyev: “Təhsil Nazirliyinin diplomunu alan tələbə necə ola bilər imtahana buraxılmasın?”

Odlar Yurdu Universitetinin tibb fakültəsinin oğlan tələbələri bu ilin sentyabr ayında keçiriləcək rezidentura imtahanlarına buraxılacaq.

Bunu açıqlamasında universitetin rektoru Əhməd Vəliyev bildirib. O deyib ki, tələbələrinin rezidentura imtahanlarına buraxılmaması mümkün deyil.

Ə.Vəliyev bildirib ki, onun universitetinə heç bir tələbə qeyri-qanuni yolla daxil olmayıb: “Təhsil Nazirliyinin diplomu olan tələbə necə ola bilər ki, rezidentura imtahanına buraxılmasın? Tələbələrin köçürülməsi ilə bağlı məlumatlar TQDK-nın bazasında oturub. Rezidentura imtahanlarına buraxılma ilə bağlı yaranmış yanlışlıq isə aradan qalxıb. 1992-ci ildə qəbul olunmuş “Təhsil haqqında” qanunun 21-ci maddəsini açın, baxın, özəl universitetlər 2004-cü ilə qədər həmin maddəyə əsasən qəbulu özləri aparıb”. Qeyd edək ki, TQDK sədri Məleykə Abbaszadə bildirmişdi ki, Azərbaycanda tələbə qəbulu prosesini ancaq TQDK aparır.

Ə. Vəliyev rezidentura ilə bağlı problemi yaranan tələbələrin vəziyyətinə də aydınlıq gətirdiyini qeyd edib: “Məleykə xanım demişdi ki, həmin 24 tələbədən cəmisi 6 nəfəri testlə qəbul olunub. Sonra mən açıqlama verdim və o məsələni yoxladılar. Orada informasiya işçilər tərəfindən səhv verilib. Məsələ burasındadır ki, rezidentura imtahanına bizdən 24 yox, 26 tələbə müraciət edib. Onların 10 nəfəri TQDK-nın testi ilə daxil olub. 9 nəfəri TQDK-nın əmri ilə Beynəlxalq Universitet bağlandıqdan sonra bizə köçürülüb, digərləri isə Rusiya universitetlərinin filialları bağlandıqdan sonra Təhsil Nazirliyinin əmri ilə bizə köçürülüb. Bizdə qeyri-qanuni qəbul ola bilməz. Bu, cinayətdir. Mən, Milli Məclisin üzvü cinayət edirəm?”

Təhsil Nazirliyi tərəfindən verilmiş diplomu olan tələbənin rezidentura imtahanlarına buraxılmaya bilməyəcəyini qeyd edən rektor həmin tələbələrlə bağlı yaranmış əsgərlik məsələsinə də aydınlıq gətirib. O deyib ki, həmin məsələdə Müdafiə Nazirliyi səhvə yol verib: “Müdafiə Nazirliyi Məleykə xanıma yazıb ki, rezidentura ilə bağlı bizə müraciət olunub, fikrinizi bildirin. Məleykə xanım da cavab yazıb ki, o tələbələrdən cəmi 6-sı TQDK-nın imtahanları ilə qəbul olub. Ona görə də Məleykə xanım açıqlama verdi ki, həmin tələbələr TQDK-nın imtahanları ilə qəbul olmadıqları üçün o, Müdafiə Nazirliyinə müraciət etməyəcək”.

Xatırladaq ki, bu ilin payızında keçiriləcək rezidentura imtahanları ilə bağlı TQDK ilə Odlar Yurdu Universiteti arasında qalmaqal yaşanmışdı. TQDK sədri Məleykə Abbaszadə bu universitetin rezidentura imtahanları üçün müraciət edən tələbələri haqqında “onlardan 18 nəfərin həmin ali məktəbin tibb fakültəsinə necə qəbul olaraq, oxuduqları məlum deyil. Belə adamları nəinki xəstəxanaya buraxmaq olar, heç onların əlinə meyit də vermək olmaz. Sözsüz ki, mən bu xahişi qəbul etmədim. Onlar ona görə bu xahişi etmişdilər ki, mən Müdafiə Nazirliyinə müraciət edərək xahiş edim ki, rezidentura imtahanlarında iştirak edəcək oğlan məzunlara sentyabrda keçiriləcək imtahana qədər möhlət verilsin. Çünki rezidenturaya imtahan sentyabr ayında keçiriləcək. Lakin qanunsuz yolla ali məktəbə qəbul olanların rezidentura imtahanlarına buraxılması müzakirə mövzusu ola bilməz” - demişdi.

Bununla belə, yekunda problemin tələbələrin xeyrinə həll olunduğu aydın oldu. /lent.az






5 Avqust, 2011  20:42 Baxılıb: 1287 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner