Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BAKIDA QANUNSUZ KAZİNO AŞKARLANIB

Azərbaycan Vergilər Nazirliyinin qurumları Bakı şəhəri ərazisində qanunsuz olaraq kompyuter avadanlıqları quraşdırmaqla kazino, qumar və totalizator tipli proqnoz oyunların təşkili

Bu barədə Nazirlikdən məlumat verilib.Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması və Vergi auditi departamentlərinin avqustun 2-də birgə keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Səbail rayonu, Xəqani küçəsi,18 ünvanda yerləşən «Star» kafesində Əhmədov Rizvan Fazil oğlunun vergi orqanlarında uçota durmadan qanunsuz kompyuter avadanlıqları quraşdırmaqla kazino, kart və domino ilə qumar oyunları təşkil etməsi aşkar olunub. Vergi əməkdaşları həmin obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş 14 kompyuter dəsti, 30 kart, 11 domino, kartla qumar oyunları oynamaq üçün dairəvi stollar götürülüb. Oyunlar kafenin gizlin arxa otaqlarında təşkil edilib. Otaqlarda internet vasitəsilə kazino oyunlarının keçirilməsi, digərlərində isə kart və digər qumar oyunları üçün xüsusi şərait yaradılıb. Fakt üzrə müvafiq akt tərtib edilib.

Elə həmin tarixdə Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi,11 nömrəli binanın qarşısında yerləşən obyektdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı Hüseynov Naib Xanbala oğlunun vergi orqanlarında uçota durmasına baxmayaraq, qanunla qadağan edilmiş kazino oyunları, totalizator tipli futbol proqnoz oyunları ilə məşğul olduğu aşkar edilib. N.Hüseynova məxsus həmin obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş 10 ədəd kompyuter dəsti, 506 ədəd futbol proqnoz cədvəli, futbol proqnoz qəbzləri, nağd pullar, müvafiq qeydlərin aparıldığı dəftərlər götürülüb.

Hər iki obyektdə vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə götürülmüş sənədlər və maddi sübutlar Vergilər Nazirliyi yanında Vergi auditi Departamentində aparılan yoxlamaya təqdim edilib. Faktlar üzrə araşdırmalar davam edir.






4 Avqust, 2011  22:18 Baxılıb: 1908 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner