Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zabitlərə ev verildi

Zakir Həsənov onları təbrik etdi

Avqustun 2-də Daxili İşlər Nazirliyi, Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yataqxana binasının istifadəyə verilməsinə həsr edilmiş mərasim keçirilib. Nazirliyinmətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə daxili işlər naziri Ramil Usubov da iştirak edib. Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov çıxış edərək yataqxana kompleksinin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri olduğunu qeyd edib.

Sonra nazir, general-polkovnik Ramil Usubov çıxış edərək yeni mənzillərlin sahiblərini və ailə üzvlərini təbrik edib, onlara xoşbəxtlik, cansağlığı və xidməti fəaliyyətdə uğurlar arzulayıb.

Daxili işlər naziri mənzillərin orderlərini sahiblərinə təqdim etdikdən sonra binanın açılışını bildirən qırmızı lenti kəsib. Yeni tikili barədə ona məlumat verilib və qeyd olunub ki, ötən ilin mayında tikilməyə başlanmış yaşayış binasının sahəsi 6100 kvadratmetrdir. Beş mərtəbəli binada 68 mənzil var. Binanın ətrafında 7500 kvadratmetr ərazi abadlaşdırılıb.






3 Avqust, 2011  19:31 Baxılıb: 1999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner