Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Milli Kino Günü keçirildi

Gənc Tamaşaçılar Teatrında sərgi təşkil olundu

Avqustun 2-də Gənc Tamaşaçılar Teatrında Milli Kino Günü münasibətilə bədii axşam keçirilib. Simsar.az-ın məlumatına görə, tədbirdə ilk olaraq “Azərbaycanın kino geyimləri” adlı sərginin təqdimatı olub. Sərgidə “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Bir cənub şəhərində”, “Qaynana”, “Hökmdarın taleyi”, “Cavad xan”, “Sehrli xalat”, “Bir qalanın sirri” və digər filmlərdə istifadə olunmuş geyimlər, bəzək əşyaları, soyuq silahlar, butaforlar nümayiş etdirilib. 

Bədii axşam son illər Azərbaycanda istehsal olunan filmlərlə bağlı video çarxın nümayişi ilə başlayıb. Səhnəyə dəvət olunan mədəniyyət və turizm nazirinin birinci müavini mili kino tariximizə nəzər salıb. Qeyd edib ki, mərhum Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.
Nazir müavini bildirib ki, son 5 ildə ölkəmizdə 23 tammetrajlı film çəkilib. 2011-ci ildə isə kino çəkilişlərinə 6 milyon manat vəsait ayrılıb. Bundan başqa bu il müxtəlif Azərbaycan filmləri 20-yə qədər beynəlxalq festivalda iştirak edib.

Çıxışdan sonra peşə bayramı günü münasibətilə bir qrup kino işçisinə pul mükafatı verilib və “Bu meydan, bu ekran-2011” müsabiqəsinin qaliblərinin adları açıqlanaraq diplomlarla təltif olunublar. Qeyd edək ki, münsiflər heyətinin qərarı ilə “Mayak” (“Orman prodakşn” şirkəti), “İşığa doğru” (“Art Qlobal prodakşn” şirkəti), “Paralel həyat“ (“EXA prodakşn” prodüser mərkəzi) və “Qaranquş yuvası” (“Butafilm” kino şirkəti) layihələri “Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalibləri seçilib.

Təltifetmə mərasimindən sonra isə “İlahi məxluq” filminin premyerası keçirilib. “Bizim kino” Prodüser Mərkəzinin və “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdiyi filmin ssenari müəllifi və rejissoru Yavər Rzayev, quruluşçu operatoru Rəsul Tənhayi, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Siyavuş Kərimidir. Rollarda xalq artisti Nurəddin Mehdixanlı, aktyorlar Vəfa Zeynalova, Münəvvər Əliyeva və başqaları çəkiliblər.






3 Avqust, 2011  16:54 Baxılıb: 1218 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner