Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HƏYATIMIZIN KİNO GÜNÜ

Kino adamları bayram edir

Bu gün ölkəmizdə Milli Kino Günüdür. Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust 1898-ci ildə Azərbaycanda ilk kinosüjetlərin nümayişi, eləcə də kino işçilərinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri nəzərə alınaraq, bu gün Azərbaycan kino işçilərinin peşə bayramı elan olunub.

113 il yaşı tamam olan milli kinomuzu bu gün kino işçiləri bayram kimi qeyd edir.

Kino adamları Simsar.az saytına bu günkü günün dəyərini qiymətləndirirlər.



Rejissor Oqtay Mirqasımov: “Kinomuz milli mədəniyyəti inkişaf etdirən əsas və təkanverici qollardan biridir”


- Əlbəttə bu gün əhəmiyyətli bir gündür. Elə böyük ölkələr var ki, onların heç kinomatoqrafiyası mövcud deyil, həm də kino sənətinin inkişafı onlarda daha gec başlayıb. Amma buna baxmayaraq, Azərbaycan kinosunun tarixi çox zəngindir. Bu baxımdan bizim kinomuz milli mədəniyyəti inkişaf etdirən əsas və təkanverici qollardan biridir. Kinonu inkişaf etdirən, onlarla film çəkib bu millətə təqdim edənlər məgər bu gün puç və yox olublar? Xeyir, onların içərisində yaşayanlar var. Xeyli sayda əcnəbi filmlər nümayiş olunur. Sadəcə bu günkü inkişaf edən, çox şaxəli informasiya məkanında kinonu düzgün işıqlandırmırlar, təsadüfü, qeyri- peşəkarlıqla çəkilən filmərin çoxunu isə əsl kinoya aid edirlər. Kinonun da öz inkişaf qanunları var. O, dalğavari inkişafdır. Həm qalxır, həm enir. Əgər bu gün bizim kinomuz yaşayırsa, deməli onun bayramı da olacaq.

Xalq artisti Fuad Poladov: ”Vaxt gələcək Azərbaycan kinosu öz sözünü deyəcək”


- Bu gün həm kinonun, həm də kino işçilərinin bayramıdır. Son zamanlar kinomuza çox maraqlı və istedadlı gənclər gəlir. Bu da sevindiricidir. Məsələn, gənclər rejissorlardan Samir Kərimoğlunun çəkdiyi “Niyyət”, həmçinin rejissor Rövşən İsaxın “Aktrisa” filmləri çox maraqlı və ümidvericidir. Bu gün, 2 avqust Kino Günü münasibəti ilə nəinki kino işçilərini, həmçinin bütün Azərbaycan xalqını təbrik edirəm. Mən inanıram ki, vaxt gələcək Azərbaycan kinosu öz sözünü deyəcək”. 

Xalq artisti Həmidə Ömərova: “Bütün aktyor və akrtrisalar həmişə çəkiliş meydançalarında olsunlar”


- Bu gün kino işçilərinin bayramıdır, hamımız yüksək əhval-ruhiyyədəyik. Yay fəslidir, havalar çox istidir, aktyorların və kino işçilərinin çoxu ya bağ, ya da ölkədən kənarda istirahətdədir. Buna baxmayaraq, bu yaxınlarda bir çox aktyor dostlarla bərabər yığışıb bu günü qeyd etdik. Cənab prezident İlham Əliyevin sərəncamı ilə bir neçə kino işçisi də fəxri adla təltif olunub. Bu axşam kino günü ilə bağlı keçiriləcək tədbirdə də bir çox kino işçiləri mükafata layiq görüləcək. Bu gün kino işçilərinin peşə bayramıdır. Bu gün həm də müstəqil Azərbaycanın kino günüdür, əlbəttə əhəmiyyətli bir gündür. Artıq 113 ildir ki, Azərbaycan kinosu var və bizlər də bu günü sevinclə qeyd edirik. Bu illərdə təbii ki, bir çox nailiyyətlərimiz, uğurlarımız, həmçinin uğursuzluqlarımız oldu. Amma qeyd edim ki, son illərdə kinomuz sürətlə inkişaf edir, çox istedadlı aktyor və rejissorlar bu sənətə qədəm qoyur. Bu çox ürəkaçan vəziyyətdir. Kinomuzun inkişafı üçün kino fonudunun yaradılması çox önəmli bir hadisədir. Kino günündə bir arzum var, bütün aktyor və akrtrisaların həmişə çəkilməyə bolluca filmləri olsun, onlar həmişə çəkiliş meydançalarında, pavilyonlarında olsunlar”.

Aynurə Həsənova






2 Avqust, 2011  18:37 Baxılıb: 1372 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner