Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

FƏXRƏDDİN MANAFOVUN 56 YAŞI OLUR

Böyük aktyor Simsar.az-a deyib: “Gərək insan heç vaxt özünün alətə çevrilməsinə imkan verməsin”

Bu gün xalq artisti, sevimli aktyor Fəxrəddin Manafovun ad günüdür.

1955-ci il, avqustun 2-si Xankəndidə anadan olan aktyorun bu gün 56 yaşı tamam olur.

Xalq artisti 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.

1989-1993-cü illərdə “Yuğ” Dövlət teatrında aktyor kimi
Çalışan F.Manafov, 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının filmlərinə çəkilir.

F.Manafov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Simsar.az saytı xalq artisti, sevimli aktyoru 56 yaşının tamam olması münasibəti ilə təbrik edir və arzulayır ki, F.Manafov daha onlarla filmlərdə tamaşaçıların zövqünü oxşayan rollar yaratsın.

Simsar.az ənənəsinə sadiq olaraq, doğum günündə aktyorun arzusunu öyrənmək üçün ona telefon açsa da, israrlı zənglərimiz cavabsız qaldı. Bu üzdən F.Manafovun Simsar.az saytına verdiyi müsahibəsinin bu günün ruhuna uyğun gələn hissəsini təqdim edirik.


- Sizi öz peşənizdə inqilabçı adlandırmaq olar?

- Mən inqilabı və inqilabçıları qəbul etmirəm. Mədəniyyəti, iqtisadiyyatı, mənəviyyatı, hər şeyi dağıdırlar, yerinə heç nə gətirmirlər. Ortada böyük bir uçurum yaradırlar. Balaca-balaca uşaqlar çıxırlar küçələrə və “go vay” qışqırırlar. Daha anlamırlar ki, bu sözü onlara dedizdirirlər, onlar kimlərinsə əlində alətdi. Gərək insan heç vaxt özünün alətə çevrilməsinə imkan verməsin.

- Heç düşünmüsüzmü niyə tamaşaçıları riqqətə gətirən kişi obrazları yaratmağı yaxşı bacarırsız?

- Aktyorluğum barəsində tamaşaçıların danışması daha obyektiv olar. Sadəcə, mənim bir konsepsiyam var. Yəqin onu qabarıq göstərə bildiyim üçün rollarımda seçilirəm. Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək də gedir.

- Təkliyə meyl eqoistliyə yol açır. Razısız?

- Eqoizm mənim təkliyimin qarşısında sadəcə düşünülmüş bir sözdü. Necə yəni eqoizm? İnsan nə üçün yaşayır? Siz bura məndən müsahibə almağa gəlmisiniz elə deyilmi?

- Bəli.

- Deməli, məhz mənə görə gəlməmisiz də, özünüzə görə gəlmisiz ki, müsahibə alasız və imzanızın maraqlı müsahibə almağa layiq olduğunu göstərəsiz və təbii ki, yaxşı qonarar alasız.

- Halaldı, Siz əsl peşəkar jurnalist kimi rəy verdiz?

- Yox da, düz demirəm?

- Düz deyirsiz.

- Onda ən böyük eqoistlər sizsiniz. Maaş alacaqsınız, jurnalınız, saytınız işləyəcək...

- Sizi sevənlər də fikirlərinizi oxuyacaq, bir daha şəninizə xoş sözlər deyəcəklər. Bəs bu tərəfini niyə nəzərə almırsız

- Xeyr, nəzərə alıram.

- Deyəsən suallarımız ürəyinizcə deyil?

- Niyə belə qərar verirsiz? Bəlkə suallarınızı əvvəldən hazırlayanda elə düşünmüsüz ki, məni qıcıqlandıra biləcəksiz, indi də bunun alınmadığını görüb, birtərəfli qərar çıxarırsız.

- Siz inanmasaz da biz bura bir sual belə hazırlamadan gəlmişik.

- Çox gözəl. Elə ona görə də söhbət alınır.

- Bəlkə mənim yaşım azdı təkliyi fərqli anlamda başa düşürəm. Bəlkə də mənim anlamımda təklik, sevdiyindən, doğmalarından uzaq düşməkdir. Sizin təkliyiniz necədi?

- Bu sual sizin yaşınızdan xəbər verir. Təklik o demək deyil ki, mən eksklüzivəm. Təklik daha dərin bir fəlsəfədir. Əgər bu gün mən sizinlə oturub söhbət edirəmsə, suallara cavab verirəmsə, bunlar şərtilik xatirinədir.

- Suallarımıza cavab verməli olduğunuz üçün verirsiniz?

- Bəlkə də...

- Deyirlər ki, Fəxrəddin Manafov özündən razı insandı?

- Sizə bir hadisə danışım: Tədris tetarı dağıldıqdan sonra Vaqif İbrahimoğlu Musiqili Dram Teatrına baş rejissor təyin olundu. Biz, dörd-beş idik, “Azərbaycanfilm” kinostudiyasına göndərdilər. Orada Rasim Balayevi görəndə heyrətə gəldim. Gözümün qabağından “Nəsimi”, “Babək”, obrazları keçdi. Bir gün dəhlizdə Rasim Balayevlə onunla rastlaşdıq və bir-birimizin yanından keçdik, Rasim mənə ehtiyatla salam verdi. Sonralar çox düşündüm ki, o mənimlə niyə belə ehtiyatla salamlaşdı. Üstündən illər keçdi, bir filmə çəkiləsi olduq. Bir gün çəkilişlərin fasiləsində məclis qurmuşduq. O zaman Rasim Balayev mənim haaqımda “tost” demək istədiyini bildirdi. Şaşırdım ki, bu boyda sənətkar barəmdə “tost” deyəcək. Rasim Balayev dedi ki, ilk dəfə Fəxrəddini dəhlizdə görəndə, ona tərəddüdlə salam verdim, qarşımdan özündən razı bir insan keçirdi. Fəxrddinlə tanış olduqdan sonra gördüm ki, bu sadəcə quru təəssüratdı. Sonralar, özüm də çox düşündüm ki, qəribədir, niyə insanlarda bu təəssüratı yaradıram? Bu, məndən asılı deyil, inanın mənə. Bilmirəm, bəlkə də bu genetikadan gəlir.


- Tamaşaçıların adından deyirik: nə yaxşı ki, Azərbaycan kinosunda Fəxrəddin Manafov var.

- Başqa sualınız yoxdu?

- Çox təvəzökarsız. Niyə sizə ünvanlanan haqlı tərifləri qəbul etmirsiz?

- İnsana tərif deyəndə səmimiyyət yoxa çıxır. Mənim gördüyüm iş, mənim sevdiyim işdir. Bu, mənim borcumdur, əgər yaxşı səviyyədə iş görürəmsə, peşəkarlığımı, əksi isə qeyri-peşəkarlığımı göstərir. Bəlkə də tərif yaxşıdır, amma bu, məni ovqatdan çıxarır. İnkar etməyəcəm, elə vaxt olub, küçədə gedəndə kimsə yaxınlaşıb, deyib ki, icazə verin əlinizi sıxım. Sadəcə oynadığım rollara görə, təşəkkürünü bildirib. Mən də diqqətinə görə minnətdarlıq etmişəm. Məncə belə münasibət çox yaxşıdı.

Aynurə Həsənova






2 Avqust, 2011  16:19 Baxılıb: 1214 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner