Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Misir Mərdanovun qohumunun tutulma xəbəri təsdiqlənmir

Baş Prokurorluq təkzib edir

Təhsil naziri Misir Mərdanovun xalası oğlunun həbs edilməsi haqda məlumat yayılıb. “Azadlıq” qəzetinin yazdığına görə, onlara daxil olan məlumatda bildirilir ki, nazirin xalası oğlunun həbsi Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti idarəsindəki korrupsiya faktları ilə bağlıdır və Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirov bu idarənin rəisidir.

Qəzet Baş Prokurorluğun bu yaxınlarda məktəblərin tikintisi zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar aparılmış araşdırmaların nəticəsi barədə rəsmi məlumat açıqladığını da xatırladıb. Bildirilib ki, Baş Prokurorluq və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən 85 nömrəli və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli orta məktəblərin əsaslı tikintisi zamanı ciddi qanun pozuntularına yol verilməsi faktları müəyyən edilib. Müəyyən edilib ki, tikintisinin smeta dəyəri 341 min 965 manat olan 85 saylı məktəbdə “Azərbərpa” MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35 min 261 manat şişirdilib, 11.666 manat iş isə faktiki yerinə yetirilməyərək dövlət vəsaiti mənimsənilib.
849 min 821 manat smeta dəyəri olan 123 saylı məktəbdə “Ramil” müəssisəsinin vəzifəli və maddi şəxsləri tərəfindən iş həcminin 50.359 manat şişirdildiyi, 28 min 793 manat məbləğində işin isə ümumiyyətlə görülməyərək dövlət əmlakının mənimsənildiyi aşkar edilib.
“Layihə-smeta sənədlərindən kənarlaşmalara, keyfiyyətsiz işlər görülməsinə və bu kimi digər qanun pozuntularına baxmayaraq, qeyd olunan məktəb binaları Təhsil Nazirliyinin müvafiq komissiyası tərəfindən qəbul olunmaqla istismara verilib”, - deyə Baş Prokurorluq bildirib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən qeyd olunan məktəblərdə əsaslı tikinti işlərini həyata keçirmiş “Azərbərpa”MMC və “Ramil” firmasının vəzifəli şəxsləri barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda özgə əmlakını mənimsəməyə görə Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə bağlı cinayət işi başlanıb.
Dünən məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova müraciət etdik. O bildirdi ki, A.Dəmirovun həbs edilməsi ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. O dedi ki, 85 və 123 saylı məktəblərdə yol verilmiş qanun pozuntuları ilə bağlı həmin məktəblərdə əsaslı tikinti işləri aparmış firmaların vəzifəli şəxsləri barəsində başlanmış cinayət işləri üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq tədbirləri davam etdirilir. E.Sultanov qeyd etdi ki, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.






1 Avqust, 2011  16:08 Baxılıb: 1006 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner