Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yaddaşını itirdiyi üçün keçmişə qayıtdı

17 yaş "cavanlaşdı"

Stres ingilis qadının 17 ilik yaddaşının pozulmasına səbəb olub.

İngiltərədə qeyri-adi hadisə baş verib. 32 yaşlı qadın yuxudan duranda özünü 15 yaşında hiss etməyə başlayıb. ANS PRESS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, Naomi Jakobs adlı 32 yaşlı qadın bir gün yuxudan oyanandan sonra həyatının son 17 ilini tamamilə unudub. Jakobs 15 yaşına kimi olan hər şeyi aydın xatırlasa da həyatının son dövrü haqqında heç bir məlumatı olmayıb.

Yuxudan duran qadın güzgüyə baxanda gözlərinə inanmayıb. Kiminsə onunla zarafat etdiyini düşünən qadın dərhal yadında qalan ilk telefona zəng edib. Jakobsun bacısı və rəfiqəsi onu həkimə aparıblar. Xəstəxanada ona "müvəqqəti qlobal amneziya" diaqnozu qoyulub.

Buna səbəb isə stres olub. Belə ki, stres beynin fəaliyyətinə təsir edərək onun pozulmasına və müəyyən bir zamana aid məlumatların, xatirələrin silinməsinə gətirib çıxarıb.

Uzun müddətli müalicədən sonra yaddaşına yenidən qovuşan qadın hazırda yaşadıqları barədə kitab yazmağa hazırlaşır.






30 İyul, 2011  15:38 Baxılıb: 1012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner