Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

8 RAYONUN PROKURORU İNTİZAM MƏSULİYYƏTİNƏ CƏLB EDİLİB

Bu ilin birinci yarısında bələdiyyələrdə korrupsiya faktları ilə bağlı 12 cinayət işi başlanıb

Azərbaycanda 2011-ci ilin birinci yarısında bələdiyyələrdə korrupsiya faktları ilə bağlı 12 cinayət işi başlanıb. Bu barədə Respublika Prokurorluğunda bu gün keçirilən kollegiya müşavirəsində məlumat verilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə xüsusi vurğulanıb ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdən olub. Bildirib ki, dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, Respublika Prokurorluğunun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu mənfi təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Respublika Prokurorluğu üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilib və onların iştirakı barədə qərarlar qəbul edilməklə yoxlamalar aparılıb və 12 cinayət işi başlanıb. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara tapşırıqlar verilib.

Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, 2011-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 30 prokurorluq əməkdaşı cəzalandırılıb. Onlardan 2 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub, 28 əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb ediliblər.

Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, qanunsuzluqlara yol verən 8 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib. Bütün struktur qurumların rəhbərlərinin, rayon və şəhər prokurorlarından ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülməsi tələb olunub.






30 İyul, 2011  14:28 Baxılıb: 1011 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner