Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dəhşətli isti davam edir

Bakıda havanın hərarəti 40 dərəcə olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 30-na olan hava haqqında məlumatı açıqlayıb.

Bakıda və Abşeron yarımadasında iyulun 30-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 36-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Nazirlik kəskin istilərlə bağlı yenidə xəbərdarlıq edib: "Avqust ayının 03-dək kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi, aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir”.






30 İyul, 2011  12:22 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner