Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Maşınının pəncərələri sınan sürücü mitinqçilərə qarşı çıxmadı

"Mən istəmirəm ki, burdakı adamlar həbsdə otursun"

İyulun 29-da Səbail rayon Məhkəməsində 2 aprel aksiyası zamanı həbs olunmuş altı nəfərin (Sahib Kərimov, Arif Alışlı, Elnur İsrafilov, Babək Həsənov, Zülfüqar Eyvazov və Elşən Həsənovun) məhkəməsi davam edir.

Məhkəmədə zərərçəkən – 2 aprel aksiyası zamanı idarə etdiyi avtobusa 1325 manat ziyan dəydiyi iddia olunan Sarvan Məhərrəmov ifadə verib.

Sürücü avtobusun şüşələrini zalda oturan müttəhimlərin sındırmadığını bildirib.

Vəkillərin tələbi ilə Sarvan Məhərrəmovun ifadəsi oxunub. O, ifadəsində şüşə sındıranların üzlərini gördüyünü deyib. əlamətlərini sadalasa da, məhkəmə zalında avtobusa kimin ziyan vurması haqda vəkillərin suallarını konkret cavablandıra bilməyib. Sürücü bunu onunla izah edib ki, aksiya zamanı adam çox olub, o kimin xətər yetirdiyini görməyib.

Sarvan Məhərrəmov baş verənlərə görə polisi də günahlandırıb:

«Avtobusa yüzlərlə yumruq, təpik dəyib. Mən heç kimi görə bilmədim. Məni ora polis aparmışdı. Mən istəmirəm ki, burdakı adamlar həbsdə otursun. Mən istəyirəm ki, maşınım təmir olunsun».

Məhkəmə davam edir.

Altı nəfər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilir.






29 İyul, 2011  18:50 Baxılıb: 925 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner