Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ DAĞLIQ QARABAĞ REJİMİNƏ YARDIMI DAYANDIRDI

Konqresin Alt Komitəsinin qərarında yardım göstəriləcəklər sırasında Qarabağın adı yoxdur

ABŞ Konqresinin Nümayəndələr Palatası bu il separatçı Dağlıq Qarabağ rejiminə humanitar yardım göstərməyəcək. Erməni mətbuatında yazılanlara görə, Nümayəndələr palatasinin Xarici Maliyyə Yardımı üzrə Alt Komitəsinin bu qərarı Konqresdə çalışan Azərbaycan və türk diasporasının aktiv fəaliyyətinin nəticəsidir.

Qeyd edək ki, bu qanun layihəsinin əhatə etdiyi ümumi xərclər Birləşmiş Ştatların federal xərclərinin bir faizini təşkil edir. Xatırladaq ki, 1998-ci ildən göstərilən yardım separatçı rejimin humanitar ehtiyaclarına ünvanlanırdı. Onu da qeyd edək ki, bu ilədək konqres tərəfindən hər il Dağlıq Qarabağa 10 milyon dollar humanitar yardım ayrılırdı. Bu da öz növbəsındə rəsmı Bakının etırazlarına səbəb olurdu. Azərbaycan dəfələrlə ABŞ Konqresinə müracıət edərək bırbaşa maliyyə yardımını dayandırmağa çağırmışdı. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məsələ ilə bağlı son qərar veriləndən sonra açıqlama veriləcəyini bildirdi.

Xatırladaq kı, Konqresin prosedurlarına əsasən Alt Komitənin təsdiqlədiyi layihəyə Xarici Pul Vəsaitlərinə dair Komitə avqustun 3-də baxacaq.






29 İyul, 2011  18:36 Baxılıb: 1075 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner