Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“AZƏRBAYCANLILAR ÇOX AQRESSİVDİR”

Anar Tağıyev: “Əsəbi insanlar axşamlar siqaret çəkməməli, emosional verilişə, kinoya baxmamalı, tünd çay, kofe içməməli, mübahisə etməməli, yeni planlar barədə düşünməməlidirlər”

Son dövrlərdə əsəb xəstəlikləri geniş yayılıb. Necə etmək olar ki, insan əsəb xəstəliyinə tutulmasın? Yaxud əsəbi insanlar effektiv müalicə almaq üçün hansı üsullardan istifadə etməlidir?

“Simsar” jurnalı psixonevroloq Anar Tağıyevdən aldığı müsahibə ilə bu suallara cavab tapmağa çalışıb. Simsar.az saytı müsahibəni təqdim edir:


- Hər bir insan normal yaşaması üçün emosialarını idarə etməyi bacarmalıdır. Bizdə insanlar çox aqressivdir. Bu, bəlkə də onların həyat tərzindən, iş rejimindən asılıdır. Amma Avropa ölkələrində belə deyil. Əsəbiliyin geniş yayılmasının səbəblərindən biri də insanların son zamanlar daha çox işləmələri, az dincəlmələridir. Məsələn, işdə hər gün eyni qrafik təkrarlanır. Normal yuxu səkkiz saatdır, az yatdıqda xroniki yorğunluq yaranır. Problem ilk təsirini ailədə göstərir, gərginlik uşaqlara da keçir. Məhz bu səbəbdən indiki uşaqlar aqressivdirlər. İşgüzar adamların beyninin avtomatik həll etdiyi problemlərin sayı çox olduğunadan onların beyni yuxuda da işləyir. Ona görə yuxudan duranda əzgin olurlar. Halsızlıq, əsəbilik, baş ağrıları, ovucların tərləməsi, ürəyin tez-tez döyünməsi xroniki yorğunluğun əlamətləridir.

- Əsəb xəstəliklərinin geniş yayılması nə ilə bağlıdır?

- Dəqiq statistika olmasa da əsəb xəstələrinin sayına görə, Azərbaycan birinci yerdədir. Heç kəs öz ömrünü yaşamaq istəmir. Bizdə düzgün istirahət anlamı yoxdur. Hamı məzuniyyəti gözləyir, amma işləyə-işləyə istirahət etmək, işindən zövq almaq olar. Həftədə ən azı iki gün istirahət vacibdir. Başqa bir problem ondadır ki, heç kim özünü günahlandırmır, hamı günahkarı qıraqda axtarır, əsəbini sakitləşdirmək, emosiyalarını düzgün idarə etmək barədə fikirləşmir.

- Müalicə necə aparılmalıdır?

- Müalicə kompleks aparılmalıdır. Dincəlmək çox vacibdir. Normal yuxu rejimi olmalıdır, kontras duş qəbul edilməlidir. Kontras duş isti və soyuq suyun bir-birini əvəzləməsidir. Bu sinir uclarını qıcıqlandırır, əsəbləri sakitləşdirir və gümrahlıq gətirir. Az hərəkətlilik də əsəb yaradır. Səhər və axşam vaxtı ən azı bir saat gəzinti lazımdır. Oturaq işdə çalışanlar fiziki məşqlər etməlidirlər. Üzgüçülüyə getmək, gündə ən azı 10 kilometr gəzmək xeyirlidir. Fizioterapeya da faydalıdır. Bizim insanlarsa sanki robotdurlar. Avropa ölkələrində ağır işdə çalışanlar şənbə, bazar günləri hökmən dincəlir. Başqa bir müalicə yolu da sakitləşdiricilərin qəbuludur. Bu dərmanlardan istifadə gərginliyi azaldır.

“Dərmanlar gərginliyi sadəcə azaldır”

- Sakitləşdiricilər sonra asılılıq yaradırmı?

- Ağır formada deyilsə bitki əsaslı dərmanlardan və vitaminlərdən istifadə heç bir asılılıq yaratmır, əksinə stresi aradan qaldırır. Əsəbləşməyinin səbəbini bilməyənlər daha ciddi dərmanlardan istifadə edirlər. Amma həkim nəzarəti olmadan belə dərmanların qəbulu fəsad törədir, əks təsirləri olur. Bəzən deyirlər: “səbəbsiz əsəbləşirəm”. Bu təlabatla təminat arasındakı uyğunsuzluqdan yaranır, əsəblərin alovlanmasına bir qığılcım bəs edir. Bunlarla yanaşı, səkkiz saatdan artıq işləmək olmaz. Bundan artıq iş beyinə ziyandır. Əsəbi insanlar axşamlar siqaret çəkməməli, emosional verilişə, kinoya baxmamalı, tünd çay, kofe içməməli, mübahisə etməməli, yeni planlar barədə düşünməməlidirlər. İşdən sonra deyib-gülmək, uşaqlarla oynamaq, xoş söhbətlər etmək lazımdır. Qidaya nəzarət, psixoloqa getmək önəmlidir.

- Son dövrlərdə kəllədaxili təzyiqlə doğulan uşaqların sayı artıb.

- Rusiyada, Ukraynada, Türkiyədə bu əlamətlərə az rast gəlinir. Əsas səbəb hamiləlik vaxtı ananın əsəb keçirməsidir. Ananın keçirdiyi hisslər birbaşa dölə təsir edir. Ona görə hamilə qadın gərək tez-tez təbiətdə olsun, xoş musiqi dinləsin. Qidalanmanın da təsiri var. Az həcmli çox kalorili qidaların – kremli şirniyyatların, yarımfabrikat məhsulların, süni yağların qəbulu ziyanlıdır.

“Qarşındakı nahaq olsa belə dərhal cavab vermə”!

- Hər adamda əsəb müxtəlif əlamətlərlə özünü büruzə verir. Biri yemək yeməklə, digəri ağlamaqla əsəbini sakitləşdirir...

- Bu xarakterdən, temperamentin tipindən asılıdır. Məsələn, xoleriklər tez özlərindən çıxırlar, qışqırmaqla, dağıtmaqla hirslərini soyudurlar. Fleqmatiklər hirslənəndə çox yeyir, hərəkətsizdirlər, amma dözümlüdürlər. Çox yemək, ünsiyyətdən qaçmaq pisdir. Bəzi insanlarda əsəb iştahasızlıqla müşahidə olunur, buna nevrogen anareksiya deyirlər. Qışqırb sakitləşməksə ən yaxşı yoldur, lakin bu ətrafdakılar üçün narahatlıq yaradır.

- Əsəbiləşən insan nə etməli, özünü necə sakitləşdirməlidir?

- Bu qaydanı unutmaq olmaz: dərhal cavab vermə! Qarşındakı nahaq olsa belə, əsəblərin gərgin olduğu vaxt cavab qaytarmaq olmaz. Çünki bu vaxt deyilən fikir 99 faiz düz olmur. Təhqir olunan hər bir şəxs bir neçə dəqiqə dillənməməlidir. İkinci, müşahidədir. Adam kənardan özünə və qarşısındakına baxmalı, aralarındakı dialoqa, sifət cizgilərinə diqqət yetirməlidir. Bunlara vərdiş edən az əsəbləşər, daha sakit həyat keçirə bilər. Həytımız hesabına pul qazanırıq, sonra o pulla sağlamlığımızı geri qaytara bilmirik. Ona görə adam sağlamlığınının qədrini bilməlidir.

Arifə Mikayılova






29 İyul, 2011  15:26 Baxılıb: 2182 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner