Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həmkarlar İttifaqları Konfederasiyası

Jurnalistlər arasında müsabiqə elan etdi

Qaliblərə pul mükafatı veriləcək

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilmişdir. Yığıncaqda «Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, tele-radio süjeti» Respublika müsabiqəsinin təşkili və keçirilməsi haqqında qərar qəbul edib.

Həmkarlar İttifaqları Konfederasiyası ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az saytına daxil olan məlumata görə, müsabiqədə kütləvi informasiya vasitələrində ən azı 5 il müddətində fasiləsiz işləyən şəxslər iştirak edə bilərlər. Hər bir media nümayəndəsi yalnız bir material təqdim edə bilər. Qəzet və jurnal yazıları son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi «Qara Siyahı»ya düşməyən mətbu orqanlarda dərc edilməlidir. Tələb olunan sənədlər sırasına jurnalistin əmək kitabçasının işlədiyi media orqanı tərəfindən təsdiq edilmiş surəti, şəxsi VÖEN surəti və şəxsi bank rekvizitləri daxildir. Müsabiqənin iştirakçıları müsabiqə materiallarını yazılı və elektron media orqanlarında çap olunduqdan, televiziya və radioda efirə getdikdən sonra 2011-ci il dekabrın 25-dək AHİK-in elektron ünvanına (ahik@azerin.com), yazılı mətnlər CD-də, video süjetlər isə DVD-də olmaqla AHİK-ə (Bakı, AZ1005, Gənclər meydanı, 3) təqdim edilməlidir.
Qəzet və jurnallarda çap olunmuş yazı A-3 formatlı qəzetin bir səhifəsi (11 min çap işarəsi) həcmində, televiziya və radioda efirə gedən sujet isə 4-5 dəqiqə həcmində olmalıdır. Müsabiqəyə təqdim olunmuş məqalələr və video sujetlər AHİK-də yaradılmış münsiflər heyəti tərəfindən 2012-ci ilin yanvar ayı ərzində qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir. Qaliblərə diplomlar və aşağıda göstərilən miqdarda pul mükafatları təqdim olunacaqdır:

Birinci yer – 3 nəfər – hər biri üçün 1000 manat

İkinci yer – 8 nəfər - hər biri üçün 500 manat

Üçüncü yer – 10 nəfər - hər biri üçün 300 manat






29 İyul, 2011  14:29 Baxılıb: 1184 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner