Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sahibkar həbs edildi

Onun rəhbərlik etdiyi şirkət vergidən yayınıbmış

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış “Alliance 1” və “Xarə” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru İbrahimov Şamil Behbud oğlu cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Simsar.az-a Nazirliyin Analitik informasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, Ş. İbrahimov Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “Alliance 1” MMC-nin direktoru vəzifəsində işləyərkən müəssisənin 2008-ci ilin iyun-dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil edərək ümumilikdə xeyli miqdar təşkil edən 39 691,30 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırıb. Bundan əlavə, Ş. İbrahimov 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Xarə” MMC-nin direktoru vəzifəsində işləyərkən müəssisənin 2008-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə və illik mənfəət vergisi bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək cəmi 43 190,53 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Bununla da Ş. B. İbrahimov külli miqdar təşkil edən 82 882,83 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində "külli miqdarda vergi ödəməkdən yayınma" nəzərdə tutulan cinayət əməlini törədib.

Departamentin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 iyul 2011-ci il tarixdə Ş. İbrahimov tutulub. Ş. İbrahimova Azərbaycan Respublikası Cinayət Məcələsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub.

23.07.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə Ş. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir.






28 İyul, 2011  15:04 Baxılıb: 1121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner