Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sosial internet ideyaları reallaşdırılır

Azərbaycanda sosial internet ideyalarının reallaşmasına dəstək verən sayca ikinci “Sosial Yeniliklər Düşərgəsi” baş tutub.

Düşərgənin ilk günündə seçilmiş ideya sahibləri və iştirakçılar bir yerə toplaşıb. Layihənin meneceri Emin Hüseynzadə düşərgə haqqında qısaca məlumat verərək, münsifləri təqdim edib. Düşərgənin münsifləri müxtəlif ölkələrdən (Azərbaycan, Böyük Britaniya, Çexiya, ABŞ) çoxillik təcrübəyə malik mütəxəssislərdən ibarət olub. Daha sonra düşərgədə yarışmaq üçün seçilmiş altı müxtəlif ideya iştirakçılara təqdim olunub. İştirakçılar bu ideyalar ətrafında komandalara bölündülər və gərgin işə start verildi. İdeya müəllifləri bu ideyaların həyata keçirilməsinə yardım edəcək insanlarla bir komandada işləyərək mükafat uğrunda yarışıb.
İkinci gün ərzində ideyalar inkişaf etdirilərək layihə şəklinə salınıb və layihələrin təqdimatı olub. Layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılaraq, cəmiyyət üçün daha yararlı hesab olunan iki komandanın layihəsi qalib gəlib və onların reallaşması üçün pul mükafatı təqdim olunub. Onlardan biri hər hansı çatışmazlığı və ya problemi olan insanların bu barədə məlumatı yaradılacaq sayta yazaraq digər sayt ziyarətçilərinin dəstəyini qazanması, digəri isə şəhər yollarında olan müxtəlif problemlər barədə insanlara operativ məlumat verilməsini nəzərdə tutur. Qalib gəlmiş ideyalara həmçinin konsaltinq xidməti də göstəriləcək.






27 İyul, 2011  14:32 Baxılıb: 1349 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner