Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SƏRKİSYANIN PLANI İLƏ NORVEÇLİ TERRORÇUNUN PLANI ÜST ÜSTƏ DÜŞÜR

Ermənistan prezidenti: “Ağrı dağı bölgəsini ələ keçirmək gələcək nəslin vəzifəsidi”

Norveçli terrorçu: “Türkiyənin Şərqi və Cənub bölgələri Ermənistana verilsin”

Dəfələrlə qeyd olunub ki, Ermənistan hakimiyyətində təmsil olunanlar, ölkəni idarə edənlər mahiyyət etibarı ilə terrorçulardan fərqlənmirlər. Bütün türk dünyasına qarşı nifrət üzərində köklənən Sərkisyan rejimi anti-Turan
siyasəti yürüdür.

İki gün öncə Sərkisyan növbəti işğalçı bəyanatla çıxış edib. O, işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmaq niyyətində olmadıqlarını bildirib, daha da uzağa gedərək Türkiyə ərazisindəki Ağrı dağı bölgəsini ələ keçirməyi gələcək nəsillər qarşında vəzifə kimi qoyub.

“Bu sizin nəslin vəzifəsidir. Məsələn, mənim nəslim üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. 90-cı illərdə vətənimizin bir parçası olan Artsaxı düşmənin əlindən qurtardıq. Hər nəslin öz vəzifəsi var. Sizin də gələcəkdə bizim kimi üzərinizə düşən vəzifəni yerinə yetirib-yetirməməyiniz birlik və bərabərliyinizə bağlıdır”- deyə Sərkisyan bildirib.

Sərkisyanın bu bəyanatı Norveçdə günahsız insanları qətlə yetirməklə “məşhurlaşan” Anders Behring Breivikin manifestilə üst-üstə düşür.

1500 səhifəlik manifestinin 1316-cı səhifəsində terrorçunun hazırladığı Türkiyə xəritəsi Sərkisyanın arzularının ifadəsi kimi də qəbul oluna bilər.
"Yeni bir Avropa və Ortadoğu yaratmaq" adlı bu bölümdə Breivik hesab edir ki, Türkiyənin İstanbul, Qərbi Anadolu əraziləri Yunanıstana, Şərqi və Cənub bəlgələri isə Ermənistana verilsin.

Breivikin manifestində göstərildiyi kimi, Sərkisyan da Türkiyənin Cənub və Şərqi vilayətlərinə iddialıdır. İkinci bu iddianın həyata keçirilməsi vəzifəsini gələcək nəslin üzərinə qoyur. Ermənistan hakimiyyəti anti-türk terror planlarının müəyyən hissəsini həyata keçirib. Dağlıq Qarabağ işğal olunub, günahsız insanlar qətlə yetirilib, yurd-yuvalarından didərgin düşüb. Eyni ssenarini Türkiyə ərazisində də təkrarlamaq niyyətləri mövcuddur. Bu mənada Sərkisyanın niyyətləri məşhur terrorçunun niyyətlərilə üst-üst düşür.
Bu terrorçulardan bir hazırda beynəlxalq ictimaiyyət tərəfindən qınanılır, dəmibarmaqlıqlar arasındadır, digəri isə vəzifə başında.

RUSLAN






26 İyul, 2011  20:19 Baxılıb: 682 Çap

Bu bölmədə


XƏBƏR LENTİ








10 İyul, 2020  13:32

10 İyul, 2020  11:16

9 İyul, 2020  10:09
















6 İyul, 2020  16:48







2 İyul, 2020  16:06













29 İyun, 2020  15:17




sagbanner