Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qətldə təqsirləndirilənə təzminat ödəniləcək

İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycan vətəndaşı Nadir Orucovun iddiası əsasında qəbul etdiyi qərarı açıqlayıb.

APA-nın İnsan Haqları üzrə Avropa Məhkəməsinin internet saytına istinadən verdiyi məlumata görə, N. Orucov 2005-ci ilin parlament seçkiləri zamanı namizədliyinin qanunsuz ləğvindən şikayət verib. Avropa Məhkəməsi N. Orucovun şikayətinə Azərbaycandakı hüquqi instansiyalar tərəfindən ədalətli baxılmadığını əsas gətirərək, dəymiş maddi ziyanın kompensasiyası qismində ona 7 500 avro ödənilməsi barədə qərar çıxarıb.


Qeyd edək ki, N. Orucov bir müddət əvvəl Bakıda qətl törətdiyinə görə həbs olunub. O, 2011-ci il iyunun 8-i saat 16.10 radələrində Nəsimi rayonu ərazisində sahibi olduğu avtomaşınların yuyulma məntəqəsində münaqişə zəminində "Makarov" tipli tapançadan açdığı 2 atəşlə Gəncə şəhər sakini Rövşən Rüstəmovu qətlə yetirib. N. Orucov könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə gəlib və 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapançanı təhvil verib.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir. “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru, sahibkardır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.






26 İyul, 2011  20:02 Baxılıb: 1064 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner