Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin üzvlərini qəbul edib

"Britaniya ilə əməkdaşlıq təkcə neft yox, həmşinin qeyri-neft sahəsində də inkişaf edir"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Mühafizəkar Partiyadan olan Azərbaycanın Dostları qrupunun sədr müavini Kristofer Pinçerin başçılıq etdiyi Böyük Britaniya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir E.Məmmədyarov Azərbaycanda bütün sahələrdə sürətlə gedən inkişaf prosesi və ölkənin gündən-günə artan regional rolu barədə məlumat verib.

Müvəffəqiyyətlə irəliləyən Britaniya-Azərbaycan münasibətləri və Britaniya şirkətlərinin Azərbaycandakı aktiv fəaliyyəti barədə qonaqlara danışan E.Məmmədyarov Britaniya ilə əməkdaşlığın təkcə neft yox, həmçinin qeyri-neft sahəsində də inkişaf etdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara toxunan nazir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının zəruriliyini və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş və özündə bu tələbi əks etdirən bir sıra sənədlərin bunun üçün hüquqi əsas təşkil etdiyini vurğulayıb, münaqişənin həllinin uzanmasının regiondakı gələcək inkişafı proqnozlaşdırmağa imkan vermədiyini deyib.

Azərbaycanda olmalarından məmnunluq hissi keçirdiklərini deyən qonaqlar Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında əlaqələrin inkişaf etdirilməsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə əlaqədə qonaqlar bu münaqişənin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildirib. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.






26 İyul, 2011  19:36 Baxılıb: 908 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner