Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BRONİSLAV KOMOROVSKİ İÇƏRİ ŞƏHƏRDƏ OLUB

Azərbaycanda rəsmi səfərdə olan Polşa prezidenti Bronislav Komorovski iyulun 26-da İçəri Şəhərdə olub

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, ali qonağı qarşılayan idarənin rəisi Mikayıl Cabbarov idarənin fəaliyyəti barədə və Polşa memarlarının Bakının memarlığında qoyduqları iz haqqında informasiya verib. Qonağın Bakının qədim hissəsi ilə tanışlığı Əliağa Vahid bağında qəzəlxan barədə məlumat verilməsi ilə başlanılıb, “Şirvanşahlar Sarayı Kompleksi”nə daxil olan binaların hər birinin təyinatı və memarlıq xüsusiyyətləri barədə məlumat verilməsi ilə davam edib. Kiçik Qala küçəsində cənab Komorovski Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb. Prezident Komorovskiyə UNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Bakının simvolu Qız Qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilib və qonaq yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanış olub.
Qonaq Asəf Zeynallı küçəsində yerləşən, ХV əsrdə tikilmiş və Şirvаnşаh I Хəlilullаh tərəfindən Bаkı sаkini Qаsım bəyə və оnun vаrislərinin istifаdəsinə vеrilmiş ikimərtəbəli Karvansara barədə məlumatlandırılıb. Qeyd edilib ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara qədim tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur. Eyni zamanda burada həyata keçirilən bərpa işləri barədə informasiya verilib. Prezidenti İçəri Şəhərin məscidlərindən biri olan 1169-cu ildə ustаd Nəcəf Аşur İbrаhim оğlu tərəfindən inşа еdilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olub.
Sonda cənab Komorovski ötən il bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub və İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd edib.






26 İyul, 2011  18:15 Baxılıb: 993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner