Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

RAMAZAN AYININ NƏ VAXT BAŞLANDIĞINI NECƏ BİLƏK?

Müsəlmanların Ramazan ayı-bir məqsəd, fərqli tarix

Müsəlman ölkələrinin heç də hamısı Ramazan ayına eyni gündə qədəm qoymurlar. İslamın beşiyi sayılan Məkkə ilə ucqar müsəlman ölkələrinin mübarək aya daxil olmasının tarixləri arasında bəzən bir neçə gün fərq olur. Bu mənada illərdi davam edən ixtilaflar, mübahisələr həllini tapmaq bilmir.

Hədislərdə buyrulur ki, Ayı gördüyünüz gündən oruc tutmağa başlayın. Ay isə müsəlman ölkələrin hamısında eyni gündə doğmur.
Simsar.az saytı Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin sözlərinə istinad edərək xəbər verir ki, bu il Azərbaycanda Ay iyulun 30-da Bakı vaxtı ilə saat 23:40-da doğacaq. Ancaq hətta iyulun 31-də Ayı gözlə görmək mümkün olmayacaq. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi bu qərara gəlib ki, Ramazan ayı avqustun 1-dən başlasın.

Ayın hərəkət trayektoriyasına uyğun olaraq, digər müsəlman ölkələrində onun görünməsi müxtəlif vaxtlara düşür. Ona görə də müsəlmanlar Ramazan ayına fərqli tarixlərdə daxil olur, müxtəlif vaxtlarda bu ayla vidalaşırlar.

Azərbaycan İlahiyyat Universitetinin dekanı Fuad Nurullah Simsar.az-a bildirib ki, hər bir ərazinin uyğun üfüqi var: “Azərbaycan da fərqli üfüqdə yerləşir. Şamaxı Rəsədxanası ayın nə vaxt doğduğunu müşahidə edib, Qafqaz Müsəlmanlar İdarəsinə məlumat verir. Bəziləri İrandan, Türkiyədən gələn təqvimə uyğun hərəkət edirlər. Biz tövsiyyə edirik ki, Azərbaycanda yerli təqvimə uyğun olaraq oruc tutulsun”.

İlahiyyatçı Rövşən Məmmədov isə təəssüflə qeyd edir ki, bu məsələdə hələ də razılaşma əldə olunmayıb: “1970-ci illərin sonunda İstanbulda İslam Konfransı Təşkilatı bu məsələni müzakirə etdi. Amma yekun razılaşma əldə olunmadı. Ona görə də ixtilaflar davam etməkdədir. Əksər ölkələrdə Ayın açıq gözlə görünmə vaxtından başlayaraq Oruc tuturlar. Səudiyyə Ərəbistanda xüsusi adamlar var ki, gecə-gündüz Ayın doğmasını müşahidə edirlər. Türkiyədə isə bir il öncədən bilinir ki, Ramazan ayı hansı gün başlayır. Türkiyə təqvim əsasında Ramazan ayını qeyd edir. Azərbaycanda əvvəllər Ramazan ayı İran təqvimi əsasında həyata keçirilirdi. Son vaxtlar isə Azərbaycan Şamaxı Rəsədxanasının təqviminə uyğun olaraq Ramazan ayını qeyd edir. Şəxsən mən bu məsələdə vahid təqvimin tərəfdarıyam”.

RUSLAN






26 İyul, 2011  17:00 Baxılıb: 11090 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner