Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YAZIÇILAR BİRLİYİ ŞAMO ARİFƏ XƏBƏRDARLIQ ETDİ

Mehdi Hüseynin qızı iddia edir ki, atasının ölümündə Süleyman Rəhimovun əli var

Azərbaycan Yazıçılar Birliyi (AYB) son günlər yazıçı Şamo Arifin qəzetlərdə çıxışlarını AYB sədri Anarın ünvanına böhtan sayaraq bununla bağlı açıqlama yayıb. Anarla Ş.Arif arasında bir aya yaxındır ki, davam edən “söz atışması”nın konkret səbəbi məlum deyil. Amma artıq yazıçıların bu müzakirəyə “ata-ana söhbətləri”ni qatmaları faktdır.

Birliyin açıqlamasında Anarın Ş.Arifin atası, mərhum yazıçı Süleyman Rəhimova nifrət bəsləməsi, şairlər Səməd Vurğunu, Süleyman Rüstəmi, yazıçı Süleyman Rəhimovu inkar etməsi, yalnız atası mərhum Rəsul Rzanı və anası mərhum Nigar xanımı ədəbiyyatda təsbit etməsi, Mehdi Hüseynin vəfatında S.Rəhimovu günahlandırması, bu ölümlə bağlı S.Rəhimovun və daha bir neçə nəfərin döyülməsi, ermənilərin önündə Anarın susması, onun Rusiyanın adamı olması ittihamları rədd edilir və bunlar Ş.Arifin əsassız düşüncələri adlandırılır.
AYB Anarın S.Rəhimova daim sayğılı olduğunu, birliyin binasında bir neçə yerdə S.Rəhimovun irihəcmli fotolarının olduğunu yazır. Eyni zamanda Anarın beynəlxalq mətbuata çıxdıqda Azərbaycanın görkəmli ədəbi simalarının adlarını və fəaliyyətlərini qeyd etdyini nəzərə çatdırır.
Açıqlamada ölkə ictimaiyyəti üçün maraqlı bir fakta toxunulur. Bildirilir ki, yazıçı Mehdi Hüseynin qızı Zivər Hüseynova “Dəryadan damlalar” kitabında atasının ölümündə günahlandırılan üç şəxsdən biri kimi S.Rəhimovun adını çəkir və N.Xəzrinin buna görə S.Rəhimovu təpiklədiyini, şapalaqladığını yazır və bu adamlar hüzr yerindən “26-lar bağı”na qaçmalı olurlar. Bu faktı S.Vurğunun qardaşı Mehdixan Vəkilov və digər şahidlər də təsdiqləyiblər. Hətta yazıçı İmran Qasımov balkona çıxaraq bu adamlara xitabən rus dilində “zaderjite ubiyts!” ifadəsini işlədib. Son olaraq açıqlamada Ş.Arifə mətbuatda bu səpkili yazılarla çıxış etməmək tövsiyə olunur, əks haldab “layiqli cavabını alacağı” barədə xəbərdarlıq edilir.

musavat.com






26 İyul, 2011  15:19 Baxılıb: 1013 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner