Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MÜƏLLİMLƏR İŞƏ QƏBUL ÜÇÜN İMTAHAN VERƏCƏK

Azərbaycan Təhsil Nazirliyi (TN) bu gündən orta məktəblərdə müəllim işləmək məqsədilə ərizə vermiş namizədlər üçün imtahanların keçirilməsinə başlayıb

Təhsil Nazirliyindən verilən məlumata görə, ilk imtahan ibtidai sinif müəllimi işləmək istəyənlər üçün təşkil olunur. İbtidai sinif üzrə müəllim işləmək istəyənlər üçün sonuncu imtahan iyulun 30-da keçiriləcək. İmtahanların keçirilməsinə saat 09:00-dan başlanacaq. Bu gün sonuncu qrup üçün imtahanın keçirilməsinə 17:30-da başlanacaq.

Növbəti imtahan avqustun 1-5-də ingilis, avqustun 8-11-də Azərbaycan dili və ədəbiyyatı, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-24-də riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da çağırışaqədərki hazırlıq, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə keçiriləcək.

İmtahanların keçirilmə yeri və tarixi barədə hər bir namizədin "Şəxsi kabinet"inə məlumatlar göndərilib.

İmtahan TN-nin Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir.

İmtahan 1 saat davam edəcək. Hər dəfə idarədə eyni vaxtda 60 nəfər imtahan verə biləcək. Gün ərzində isə 360 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanda namizədə 35 sual təqdim ediləcək. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompüterdə göstəriləcək.

İmtahandan keçmiş namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılacaq.

İmtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunacaqlar.

Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin azı 60 faizinə cavab verməklə keçid balını toplamalıdırlar.

Respublika üzrə müəllimlərin işə qəbulu sentyabrın 10-dək tam yekunlaşacaq.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq.
Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək. Daha sonra namizədlər test imtahanı verəcəklər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılacaq.

2011-2012-ci tədris ili üçün respublikanın orta məktəblərindəki 2177 vakant yerə 9342 nəfər sənəd verib. Vakant yerlərin 374-ü Bakının, 1803-ü digər rayon və şəhərlərin payına düşür. Ən çox vakant yer ibtidai sinif müəllimliyi üzrədir. Respublikanın orta məktəblərindəki 110 vakant yerə 1834 nəfər sənəd verib.

Bundan sonrakı yerlər ingilis dili müəllimliyi üzrədir. Bu fənn müəllimləri üçün təqdim olunan 241 vakant yerə 1610 nəfər sənəd verib. Azərbaycan dili və ədəbiyyatı fənn müəllimləri üçün nəzərdə tutulan 265 vakant yerə 1389 nəfər ərizə təqdim edib.






26 İyul, 2011  13:59 Baxılıb: 64794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner