Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Musiqi dünyasında ağır itgi

Pərəstişkarları Emi Vaynhausun evinə axın edir

Musiqi dünyası ingiltərəli müğənni və söz yazarı Emi Vaynhausun ölümünün şokunu yaşayır.

Nəşhur müğənninin ölüm səbəbi hələ açıqlanmayıb. Eminin narkotik maddələrin qarışığından ibarət kokteyllə intihar etdiyi bildirilir, amma bu versiya da hələ rəsmi təsdiqini tapmayıb.

Səsi və ifası ilə Soul-Cazın önəmli təmsilçilərindən olan Emi Vaynhaus 2007-ci ildə çıxardığı "Back to Black" ilə 5 kateqoriyada "Grammy" mükafatı qazanmışdı. Sənətçinin albomu 10 milyondan çox satışmışdı.

Bəzi dairələrdə "Musiqi dühası" kimi tanınan bu gənc istedadın alkoqol və narkotik maddədən asılılığı yalnız musiqi karyerasına deyil, həyatına da dağıdıcı təsir göstərib. Anasının ifadəsilə "Eminin gedişatı bir avtomobil qəzasını izləmək kimiydi"...

Ölüm xəbərinin duyulmasından dərhal sonra pərəstişkarları Eminin Londondakı evinin qarşısına axın edib. Evin qarşısında şamlar yandırılıb, çiçəklər və notlar qoyulub.

Sənətçinin albomlarında isə ciddi bir satış partlaması yaşanır. Ölüm xəbərinin açıqlandığı şənbə günü albom satışları bir gün öncə ilə müqayisədə 37 dəfə artıb.






25 İyul, 2011  21:09 Baxılıb: 1196 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner