Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

22 iyul Milli Mətbuat Günü təntənəli mərasimlə qeyd edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
və Azərbaycan Mətbuat Şurası əlamətdar günlə bağlı birgə tədbir düzənlədi

22 iyul Milli Mətbuat Günü Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutan mərasimdə qeyd edilib.

Simsar.az saytına Mətbuat Şurası mətbuat xidmətindən daxil olan məlumata görə, ölkəmizin aparıcı media orqanlarının nümayəndələrinin, dövlət rəsmilərinin, ictimai-siyasi xadimlərinin qatıldıqları tədbirdə öncə Azərbaycan mətbuatının keçdiyi yola nəzər salınıb. Bildirilib ki, «Əkinçi» qəzetinin yaranması və qısa müddətli fəaliyyəti təkcə mətbu ənənələrin təşəkkülü ilə deyil, milli özünüdərkin və şüurun formalaşması mərhələsi kimi də xarakterizə olunur. «Əkinçi»dən sonrakı milli nəşrlər bu təməli daha da möhkəmləndirərək xalqı 1918-ci ildə qazanılan dövlət müstəqilliyi ideyasına daşıyıb. 1920-ci ilin aprel işğalından sonra Azərbaycanda müstəqil mətbuatın yenidən bərpası üçün 70 illik bir dövr yaşanıb. 1991-ci ildən başlanan müstəqilliyin ilk çağlarında digər sahələrdə olduğu kimi, mediada da tənəzzül nəzərə çarpıb. «Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» 1998-ci il fərmanı ilə kütləvi informasiya vasitələri üzərindən senzura götürülüb. 1999-cu ildə ölkədə «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının yeni qanunu qəbul edilib.

Sonrakı illərdə media ilə bağlı ardıcıl və kompleks siyasət yeni çalarlar əldə edib. Bu, özünü çoxsaylı fərman və sərəncamlarda göstərib. Azərbaycan milli mətbuatının 125, 130 və 135 illik yubileylərinin böyük təntənə ilə qeyd edilməsi, yüzlərlə qələm sahibinə fəxri adların və dövlət mükafatlarının verilməsi, media vasitələrinə birdəfəlik maddi yardımların edilməsi və sair tədbirlər xüsusi vurğulanmalıdır. Lakin bu istiqamətdəki siyasətin ən böyük uğuru prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» və sənədə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasıdır.

Azərbaycan jurnalistlərini peşə bayramları münasibətilə təbrik edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, azad söz və azad media cəmiyyətin ayrılmaz tərkib hissələridir. O, bu sahədəki dövlət siyasətinin medianın fəaliyyətinin daha da genişlənməsinə, jurnalistlərin hər hansı kənar təsirlərdən azad olmalarına, hadisə və proseslərlə bağlı məlumutları məneəsiz şəkildə çatdırmalarına dəstək verməyə yönəldiyini vurğulayıb. Bütün bunları vətəndaş cəmiyyətinin ehtiyaclarının ödənilməsi baxımından dəyərləndirən şöbə müdiri media nümayəndələrinin də üzərilərinə düşən missiyanı peşəkarlıqla yerinə yetirmələrini vacib məqam kimi önə çəkib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov mərasimdəki çıxışında milli mətbuatımızın 136 illik şərəfli ömür yoluna nəzər salıb. O bildirib ki, «Əkinçi» qəzetinin yaranması o dövr Azərbaycanının həyatında olduqca mühüm hadisə idi. Nəşr ictimai fikrə təsir göstərməklə təkcə mətbu ənənələrin formalaşmasına təkan verməyib, ümumilikdə cəmiyyətə prinsiplər aşılayıb. Cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq hamı özünə «Əkinçi» deyilən əbədi dost qazanıb və onun öyrətdikləri imperiya buxovlarına qarşı mübarizədə yol yoldaşı olub: «Əkinçi»də yazılan hər bir məqalə müəllifinin qismində sonradan fundamental fikrə çevrilib. Məhz onun təsiri nəticəsində XX əsrin əvvəllərində yeni xüsusi dəst-xəttə malik nəşrlər meydana çıxıb. «Molla Nəsrəddin» kimi Şərq aləminə böyük səs-küy salan bir hadisə baş verib. «Ziya», «Kəşkül», «Difai» və digər qəzetlər «Əkinçi»nin daha çox məişətlə bağlı dəyişikliklərinə ictimai-siyasi fon verərək onları yarım əsrə yaxın sonrakı şəraitin tələblərinə uyğunlaşdırıb. Bu gün Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı qaliblərinə təqdim ediləcək. Bu mükafat 136 ildə gəldiyimiz yolun, yüksək ənənələrin davamı, gözəl yaşantıları deməkdir”.

Bundan sonra MŞ-nin Ali Media Mükafatının 2011-ci il üçün laureatlarının adları açıqlanıb. Şura sədri Ə.Amaşov bildirib ki, mükafatın təsisindən məqsəd ölkə mediasının inkişafında xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən şəxslərin əməyinin qiymətləndirilməsidir. O, mükafatın bu ilki təqdimatının «Azercell Telekom» MMC-nin maliyyə dəstəyi ilə həyata keçirildiyini də diqqətə çatdırıb.

Mükafat Əsasnaməyə uyğun olaraq 3 dərəcədə təqdim edilib. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib.

İlk dərəcə üzrə mükafata «Azərbaycan mətbuat tarixi antalogiyası» ikicildliyini hazırlanyanlar və elmi redaktorları Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şamil Vəliyev və həmin fakultənin müəllimi Nəsiman Yaqublu təltif ediliblər.

İkinci dərəcə üzrə Azərbaycan Dövlət Teleqraf Agentliyinin («AzərTAc») baş direktoru Aslan Aslanov, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və «Azərbaycan» qəzetinin əməkdaşı Əhməd İsayev mükafatlandırılıblar. Aslan Aslanov mərasimdəki çıxışında Azərbaycanda mətbuata yüksək diqqət və qayğı ənənəsinin formalaşdığını, bunun təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək ölkədə media sahəsində aparılan sistemli dövlət siyasətini 136 ildə keçilmiş yola böyük ehtiram nümanəsi kimi dəyərləndirib. Bilavasitə Azərbaycan mətbuatının inkişafında xidmətləri olan şəxslərin əməyinin yüksək şəkildə qiymətləndirilməsinin də artıq ənənəyə çevrildiyini vurğulayan Əhməd İsayev MŞ-nin gələcək illər üçün seçimlərinin də ədalətli olacağına əminliyini bildirib.

Ali Media Mükafatının üçüncü dərəcəsi üzrə laureat adını «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Azərbaycan» qəzetinin şöbə müdiri Flora Xəlilzadə, «Ədalət» qəzetinin baş redaktor müavini Məzahir Əhmədoğlu, Xalq cəbhəsi» qəzetinin redaktoru Arzu Şirinova və «Trend» İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov qazınıblar.

Mərasimdə daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatların təqdimatı keçirilib. Fondun yarandığı gündən bəri həyata keçirdiyi fəaliyyət istiqamətlərindən bəhs edən icraçı direktor Vüqar Səfərli fərdi jurnalist yazıları müsabiqəsinin təşkilinə önəmli cəhət kimi diqqət çəkib.

Mərasim Azərbaycanın incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdirilib.






25 İyul, 2011  18:35 Baxılıb: 1400 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner