Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"MƏRKƏZ" QƏZETİ YENİDƏN FORMALAŞIR

"Mərkəz"ə baş redaktorluğu hələlik təsisçi edir

Bir neçə gün öncə “Mərkəz” qəzetinin redaktorları Nicat Sadıqlı, Bəxtiyar Elcan, müxbirlər Aynur Qarayeva, Müşfiq Abdulla, Oral Əliyev, Cəlil Cavanşir qəzetdən istefa verdiklərini bəyan ediblər.
Qəzetin baş redaktoru Nigar Almanqızı isə daha əvvəl istefa verib.
“Mərkəz”ə baş redaktorluğu hələlik təsisçi G.Əhmədova edir.
Qəzetin müxbiri C.Cavanşir “Azadlıq”a açıqlamasında bildirib ki, G. Əhmədova Mətbuat Günündə qəzetin kollektivinə sürpriz eləyib: “Gülər Əhmədova kollektivə heç bir açıqlama vermədən Mətbuat Günü maaşlarımızı yarıbayarı azaldıb. Biz də buna etiraz olaraq qəzetdə çalışmaqdan imtina edib istefa verdik. Görünür, Gülər xanım Xızıda tikilən yanacaqdoldurma məntəqəsinin pulunu, istirahət xərcini kollektivdən çıxarmağa çalışır. Məlum dairələrdən qəzetə ayrılan maliyyə mənimsənilir. Gülər Əhmədova işçilərin necə dolanacağını vecinə almır. Eybi yox, şəxsən mən oğlumun xərclərin ona bağışlayıram...”
G.Əhmədova Simsar.az-a açıqlamasında bildirib ki, bu gün qəzetin iclası olacaq və mühüm qərarlar qəbul ediləcək: “Redaksiyada ixtisarlar aparmağı öncədən planlaşdırmışdım. İyunun 12-də Türkiyədə parlament seçkiləri keçiriləndə baş redaktoru şəxsi vəsaitim hesabına ora ezam etdim. Seçki günü bir cümlə də olsun xəbər vermədi. Təsəvvür edirsiniz, Türkiyədə əməkdaşın ola-ola məlumatları telekanallardan, agentliklərdən götürəsən. Belə olanda mən nə etməliydim? Redaktorlara xəbərdarlıq etmişdim ki, özlərinə yeni iş yeri tapsınlar. Mənə kabinet, telefon jurnalistikası gərək deyil. Agentliklərdəki xəbərləri səhifələrə yerləşdirməklə irəli getmək olmaz”.

Millət vəkilinin sözlərinə görə, redaktorlar redaksiyanı inhisarda saxlayıblar: “Gənc müxbirlərin yazılarını zəifdir deyə, vermirdilər ki, qonorar ala bilməsinlər. Redaktorun borcudur ki, müxbiri öyrətsin, yetişdirsin”.

“Mərkəz”də baş redaktorların tez-tez dəyişməsinin ənənə halını almasına gəlincə, G.Əhmədova belə cavab verib: “Mərkəz” qəzetinin baş redaktorları daha yüksək vəzifəyə getdikləri üçün işdən çıxıblar”.

Ruslan






25 İyul, 2011  17:25 Baxılıb: 1260 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner