Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müəlimlər barədə qanunların icrasına başlanır

Misir Mərdanaov əmr imzaladı

Azərbaycanın təhsil naziri Misir Mərdanov dövlət müəssisələrində işləyənlərin maksimum yaş həddi ilə bağlı "Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında" və "Dövlət qulluğu haqqında" qanunlarının icrası barədə əmr imzalayıb.

Simsar.az-ın məlumatına görə, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanunun icrası ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq işçiləri təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etməlidirlər.

Təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflər hazırlanmalıdır. Təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı bır sıra meyarları nəzərə alınacaq. Həmin meyarlara görə, çalışma müddət uzadılan təhsil işçiləri haqqında son 1 ildə intizam tənbehi tədbirləri tətbiq edilməməli, elmi dərəcə və ya elmi adı olmalı, dövlət təltifi ilə təltif edilməli, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməli, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmalıdır.

Eyni zamanda, işçilərin çalışma müddəti müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda uzadıla bilər. Həmin şəxsin işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olmalıdırlar.


Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə taşırılıb ki, müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etsinlər və nəticələr barədə Təhsil Nazirliyinə məlumat təqdim etsinlər. Təhsil müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını hazırlasınlar, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar tədbirləri həyata keçirsinlər.






22 İyul, 2011  19:29 Baxılıb: 1213 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner