Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Media nümayəndələri möhtəbər şəxslərin məzarlarını ziyarət etdi

Ziyarətçilər "Əkinçi" qəzetindən danışdılar

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

““Əkinçi” qəzeti Azərbaycan xalqının həyatında çox şərəfli rol oynayıb. “Əkinçi” qəzeti Azərbaycan xalqının milli məfkurəsini formalaşdırıb və sonra bu ideyalar daha da püxtələşib”, - o deyib.

Əflatun Amaşov qeyd edib ki, Azərbaycanda hər bir hadisə miqyasından asılı olmayaraq müxtəlif KİV vasitəsilə ölkə ictimaiyyətinə çatdırılır və bu da ölkədə söz və mətbuat azadlığı sahəsində qazanılan ən böyük nailiyyətdir.

“Bu gün Azərbaycan jurnalistikası azaddır, sərbəstdir, hər bir insan öz fikirlərini ictimaiyyətə çatdırmaq üçün KİV-də çıxış edə bilər, hər kəs mətbuat vasitəsi yaratmaq üçün Ədliyyə Nazirliyinə müraciət edə bilər”, - Mətbuat Şurasının sədri deyib.

Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) üzvləri və media təmsilçiləri milli mətbuatının yaranmasının 136 illiyi münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və "Əkinçi" qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, Həsən bəy Zərdabi ideyaları onun dövründə tam həyata keçirilməsə də, hazırda ölkə mətbuatı o ideyaların reallaşdırılması istiqamətində fəaliyyət göstərir. Onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən mətbuatın inkişafına hərtərəfli dəstək göstərilir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Həsən bəy Zərdabinin məzarı qarşısında çıxış edərək milli mətbuatımızın inkişaf yolu, dünəni və bu günü barədə danışıb. O, “Əkinçi” qəzetinin milli mətbuat tarixində müstəsna rolu olduğunu qeyd edib.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Həsən bəy Zərdabinin yaratdığı maarifçilik ideyalarının Azərbaycanda jurnalistikanın inkişafına müstəsna təsiri olub. Məcid Azərbaycan mətbuatının XX əsrin əvvəllərində keçdiyi çətin yol barədə məlumat verib.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycanda ümummilli lider Heydər Əliyevin 1993-cü ildən bəri media sahəsində həyata keçirdiyi siyasətin jurnalistikanın ənənələrinin bərqarər olmasına yönəldiyini bildirib. Quliyev deyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, qəbul edilmiş qanunlar həm medianın saflaşması prosesinə dəstək, həm də ümumilikdə mediaya dövlət qayğısının yeni nümunələri nöqteyi-nəzərdən əhəmiyyətli rol oynayıb.

“Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.






22 İyul, 2011  16:17 Baxılıb: 1111 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner