Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

PROKURORLUQ ORQANLARINA İŞƏ QƏBULLA BAĞLI İMTAHAN KEÇİRİLİB

İyulun 21-də Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda Prokurorluq orqanlarına işə qəbulla bağlı yazılı imtahan keçirilib

AzərTAc-ın məlumatıəna görə, baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov jurnalistlərə bildirib ki, prokurorluq orqanlarına işə qəbul Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun təşkil olunur: “2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız test imtahanı vasitəsilə həyata keçirilir. Prokurorluğun kadr korpusunun formalaşdırılması işində nativi olmayan bu demokratik prosedur əsasında işə qəbulun təşkili, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənc mütəxəssislərin işlə təmin olunması və digər sosial-iqtisadi problemlərinin həlli ilə bağlı Prezident İlham Əliyevin göstərişlərinin icrası istiqamətində atılan mühüm addımlardan biridir”.

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqə elan edilib. Müsabiqəyə sənəd verənlərdən 291 nəfəri yazılı imtahanda iştirak edir. İmtahandan sonra prokurorluq orqanlarına işə qəbul olunanların sayı ümumi işçilərin təqribən 50 faizini təşkil edəcək.

Yazılı imtahanda namizədlərə сinayət qanunvericiliyi hüququ və cinayət prosessual qanunvericiliyi ilə bağlı 2 sual təqdim olunub.

Yazılı imtahanda maksimum 50 bal toplamaq mümkündür, 30 və daha yüksək bal toplamış namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Növbəti mərhələni də keçərək prokurorluğa işə qəbul olunacaq hüquqşünaslar Ədliyyə Nazirliyinin Akademiyasında kurs keçəcəklər.

İmtahanda iştirak edənlərin əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdır. Onların 52 nəfəri ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

Namiq Əsgərov onu da bildirib ki, imtahanın nəticələri həm prokurorluq əməkdaşları, həm də kənardan dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanılacaq. Nəticələr barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, prokurorluğa işə qəbul üç mərhələdə - test imtahanı, yazılı imtahan və müsahibə əsasında həyata keçirilir.






21 İyul, 2011  19:47 Baxılıb: 6483 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner