Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İRANLILARA QADAĞA

Bu haqda Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev məlumat verib.

İyulun 21-də Avroliqanın II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Makkabi” qarşılaşmasına İran vətəndaşları buraxılmayacaq. Bu haqda Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Lənkəran şəhər Polis İdarəsi tərəfindən onlara İran vətəndaşlarına bilet satmaq qadağan edilib. Meydançaya İsrail əleyhinə bannerlərin keçirilməsinə və tribunalarda siyasi şüarların səsləndirilməsinə də yol verilməyəcək. Direktor bu tədbirlərin oyun zamanı baş verə biləcək hər hansı bir təxribatın qarşısını almaq üçün görüldüyünü bildirib: “Biz İran tərəfindən və ya müəyyən dini qruplardan hər an təxribat gözləyirik. Ona görə də ayıq-sayıq dayanmışıq. “Makkabi”nin təhlükəsizliyi Təl-Əvivdə “Xəzər Lənkəran”ın təhlükəsizliyindən də yüksək səviyyədə qorunacaq. Çalışacağıq ki, imicimizə xələl gətirə biləcək hərəkətlərə yol verilməsin” .

İsrail klubu Lənkəranda polislər tərəfindən qorunur. Rəqibimiz bu gün saat 12:00-da Lənkəran Olimpiya Kompleksində çıxdığı məşqə 4 polis maşınının müşaiyətliyində yollanıb. “Makkabi”nin növbəti məşqi saat 20:30-da Lənkəran şəhər stadionunda baş tutacaq. İyulun 21-də saat 20:30-da Lənkəran şəhər mərkəzi stationunda keçiriləcək cavab oyununa 400-dək polis, 300-dək daxili qoşun əsgəri cəlb olunacaq.

Lənkəranda bu oyuna maraq olduqca artıqdır. Belə ki, oyun üçün satışa çıxarılmış 12 min biletin demek olar ki, hamısı satılıb. “Makkabi” də azarkeşsiz qalmayacaq. 30-a yaxın “Makkabi” azarkeşi stadionda öz komandalarını dəstəkləyəcək.

“Makkabi” və “Xəzər Lənkəran” arasında keçirilmiş ilk oyun 3:1 hesabı ilə İsrail təmsilçisinin qalibiyyəti ilə başa çatmışdı.






21 İyul, 2011  15:45 Baxılıb: 1016 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner