Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Leyla Əliyeva Azərbaycanda keçiriləcək “Eurovision”dan danışdı

“Aşpazlar və stilistlər, şəhər bələdçiləri, xalça satıcıları, taksi sürücüləri, polislər - onların hamısı bu hadisəni öz şəxsi həyatında baş verən uğur kimi qəbul edir”

Gələn il Azərbaycanda keçiriləcək “Eurovision” müsabiqəsinə ciddi hazırlıq gedir.
Dəniz sahilində tikilən konsert komleksinin təməlqoymasında iştirak edən prezident İlham Əliyev müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün lazımı göstəriş verib, dövlət büdcəsindən maliyyənin ayrılmasına dair sərəncam imzalayıb.
“Eurovision” müsabiqəsinə hazırlıqla bağlı Moskvada nəşr olunan və Heydər Əliyev Fondunun Rusiya nümayəndələiynin rəhbəri Leyla Əliyevanın baş redaktoru olduğu “Baku” jurnalının sonuncu sayında maraqlı məqalə dərc olunub. Məqlaənin müəllifi Leyla Əliyevanın özüdür.


“Azərbaycanda“Eurovision” müsabiqəsinin keçirilməsi üçün dəniz sahilində yeni konsert kompleksi tikilir. Buradan açılan cazibədar panorama indidən adamı çəkir” deyə, qeyd edən
L.Əliyeva müsabiqə üçün yeni konsert kompleksinin inşa olunacağını qeyd edib.

“Bakı ““Eurovision-2012”yə hazırlaşır. Aşpazlar və stilistlər, şəhər bələdçiləri, xalça satıcıları, taksi sürücüləri, polislər - onların hamısı bu hadisəni öz şəxsi həyatında baş verən uğur kimi qəbul edir. Gözlənilən bayramda inşaatçılar özlərini ən vacib şəxs hesab edirlər. Axı, Avropadan hər zaman bir gün ərzində on minlərlə qonaq qəbul etmirsən.. Öz güclərinə inanan inşaatçılar əmin edirlər ki, “Eurovision” müsabiqəsinə indiyə qədər olmayan həə sahə hazırlayacaqlar”-deyə Leyla Əliyeva bildirib.

“Bakılılar öz təbiəti etibarı ilə nikbindirlər. Onlar inanırlar ki, bu işin öhdəsindən gələcəklər. “Eurovision” bayramı ən yüksək səviyyədə keçiriləcək. Yeni səviyyədə inşa ediləcək konsert kompleksi Azərbaycan paytaxtına gələcəkdə də lazım olacaq”-deyə baş redaktor vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda hələki bu nüfuzlu mahnı müsabiqəsnini keçiriləcəyi yer barədə rəsmi məlumat açıqlanmayıb.

Göründüyü kimi Təşkilat Komitəsi yeni konsert kompleksinin tikilməsinə qərar verib.

Kompleks Bayılda, Dövlət Bayrağı Meydanın yanında tikilir. Adının çıkilməsini istəməyən mənbə saytımıza bildirib ki, hazırda burada iki növbəli iş rejimi tətbiq olunub. Bildirlib ki, obyekt gələn ilin mart ayınadık hazır olmalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 7-də Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksi inşa ediləcək.

Pezidentin iyulun 11-də imzaladığı digər sərəncamla Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6 (altı) milyon manat məbləğində vəsait ayrılıb.

2012-ci ilin may ayında Bakı şəhərində “Avroviziya–2012” mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Təşkilat Komitəsi yaradılıb. Hökumət üzvlərinin təmsil olunduğu Təşkilat Komitəsinə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva sədrlik edir.

İyulun 4-də Heydər Əliyev Fondunda ələn ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub.
Təşkilat komitəsinin sədri Mehriban Əliyeva qarşıda müsabiqənin ən yüksək səviyyədə keçirilməsi kimi böyük məqsəd və vəzifələrin durduğunu diqqətə çatdırıb.


Ramil







20 İyul, 2011  20:38 Baxılıb: 1510 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner