Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu dəfə “Media açarı” olmayacaq

Donorlar imtina etdi

Bu il “Media açarı” və Həsən bəy Zərdabi mükafatları təqdim olunmayacaq.

“Mediaforum” saytının məlumatına görə, ötən ay bu mükafatların təsisçiləri – “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyi məlumat yayaraq Həsən bəy Zərdabi mükafatının “Media açarı” ilə eyni tədbirdə təqdim ediləcəyini açıqlasalar da, bunu reallaşdırmaq mümkün olmayıb.

Simsar.az-ın məlumatına görə, ənənəvi donor təşkilatlar mükafatlandırmanı maliyyələşdirməkdən imtina etdikləri üçün təşkilatçılar maddi çətinliklərlə üzləşiblər.

1997-ci ildə təsis edilmiş “Media açarı” mükafatı hər il 22 İyul Azərbaycan Jurnalistikası Günü münasibətilə təqdim olunur. Təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyidir.

Həsən bəy Zərdabi mükafatı ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacılının təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçir.

RAMİL






20 İyul, 2011  19:12 Baxılıb: 1064 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner