Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

RUSİYA DA ERMƏNİLƏRİN HƏRƏKƏTİNİ PİSLƏDİ

Lavrov: "Biz istintaqın gediєatına dair məlumat almaqda maraqlıyıq" 

Simsar.az-ın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya xarici işlər naziri Serqey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. 

“Bildiyimə görə, Azərbaycanın hakimiyyət orqanları “qətl” maddəsi ilə cinayət işi qaldırıb. Lakin bu aksiyanı qətl və ya terror aktı kimi qiymətləndirmək üçün məhkəmə qərarını gözləməyə ehtiyac var. Biz istintaqın gedişatına dair məlumat almaqda maraqlıyıq. Məlumatlara görə, söhbət Peterburq şəhər sakini olan şəxslərdən, qız və onun anasından gedir. Bizim aidiyyəti orqanlar Azərbaycanın müvafiq hökumət qurumları ilə əməkdaşlığa ümid edir”, - deyə Lavrov bildirib.


Eyni zamanda rusiyalı nazir tərəfləri gələcəkdə bu cür insidentlərdən yayınmaq üçün əlavə tədbirlər görməyə səsləyib. “Biz Azərbaycan-Ermənistan sərhədində baş verən bütün zorakılıq hallarını pisləyirik. Yalnız Qarabağdakı təmas xəttində deyil, ümumiyyətlə Azərbaycan-Ermənistan sərhədi boyunca hər-hansı zorakılığı mühakimə edirik. Hər bir belə olay ətraflı araşdırma tələb edir”, - deyə S. Lavrov qeyd edib.


Qeyd edək ki, iyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.

Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.






18 İyul, 2011  20:42 Baxılıb: 1138 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner