Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GƏNCLƏR DAYANDI, YAŞLI YAZIÇILAR BİR-BİRİNƏ QARŞI QİYAMA QALXDI

Fikrət Qoca: “Şamo Ariflər də, onun bəzi tayları da bu məsələdə Əkrəmin davamçıları deyilmi?!”

Əkrəm Əylisli: “Bu sayaq məkr dolu yazıları bir vaxt Anar və Fikrət də daxil olmaqla bizim ədəbi nəsli gözü götürməyənlər yazırdılar”. 

Dünənə qədər Yazıçılar Birliyinin tanınmış üzvlərinə qarşı gənc yazarlar səlib yürüşünə çıxmışdı. Son bir neçə ayda gənclərlə yaşlılar arasında, bəzən çərçivələri aşan savaş səngimiş kimi görünür. 

Amma Yaçılar Birliyi ətrafında ikinci savaş açılıb. Bu dəfə eyni nəslin nümayəndələri bir-biriləri ilə vuruşurlar. Yazıçı Süleyman Rəhimovun oğlu Şamo Arifin öz atasına görə YB sədri Anara yönələn ittihamlarına həm ittiham tərəfinin özü, həm bu qurumun katibi Fikrət Qoca kəskin cavablar verib. Maraqlıdır ki, F.Qoca S.Rəhimov və onun oğlu ilə yanaşı, xalq yazıçısı Əkrəm Əylisini də hədəf götürüb. Onun “Azadlıq” qəzetində dərc olunan “Palto oğurlayan, ya paltosu oğurlanan” başlıqlı yazısından belə anlaşılır ki, Ə.Əylisli bu savaşda Ş.Arifin tərəfində dayanmasa da, F.Qocanı və Anarı da tənqid etməkdən çəkinməyib.


F.Qocanın qəzetdəki yazısından oxuyuruq:


- Qəribədir ki, bu qalmaqalla bağlı fikir bildirənlər, ya suallara cavab verənlər bəzən hər iki tərəfi günahlandırırlar. Elə Əkrəm Əylisli də müdrik ağsaqqal roluna girərək Anarı da, Şamo Arifi də eyni dərəcədə məzəmmət eləyir. Guya ki, Rəsul Rzanın ölümündən sonra ona ilk böhtan atanlardan biri elə Əkrəm özu deyildi. Elə Şamo Ariflər də, onun bəzi tayları da bu məsələdə Əkrəmin davamçıları deyilmi?
Suçluyla suçsuzu, böhtan atanla böhtana məruz qalanı, iftiralarla konkret faktları, yalanlarla həqiqətləri bir ölçüdə dəyərləndirmək elə böhtanın, yalanın, iftiranın tərəfini saxlamaq deməkdir.

Ə.Əylisli cavab mövqeyindən çıxış etməyə gecikməyib. O, kulis.az-a müsahibəsində deyib. Hətta müsahibənin başlığı- “Fikrət Qoca təpədən-dırnağacan saxtadır”- gərginliyin nə qədər dərinə işlədiyindən xəbər verir:

- “Fikrət Qoca təpədən-dırnağacan saxtadır. Bu sayaq məkr dolu yazıları bir vaxt Anar və Fikrət də daxil olmaqla bizim ədəbi nəsli gözü götürməyənlər yazırdılar. Indi isə vəziyyət yalnız bu mənada dəyişib ki, bu saat Yazıçılar Birliyinə rəhbərlik edənlər həmin üsluba yaxşıca yiyələnib və elə o vaxtkı əzm və rəşadətlə bizim keçmiş ümumi düşmənlərimizin “zəngin və mənalı” yaradıcılıq yolunu can-başla davam etdirirlər. Mənəvi yaddaşını itirənlərin labüd sonluğu həmişə belə olub. Əgər belə olmasaydı, haqqında danışdığımız məqalənin müəllifi mənim barəmdə büsbütün sovet üslubunda uydurduğu məkrli yalanlarla ictimai fikri çaşdırmağa bu qədər cani-dildən cəhd göstərmək təşəbbüsündə bulunmazdı.
Məqalənin nə dərəcədə saxta olduğunu kimsəyə sübut etməyə ehtiyac yoxdur. Çünki məqalə müəllifinin özü təpədən-dırnağacan saxtadır və onun bu saxta vücudu yazıdakı hər sözün, hər cümlənin arxasında bütün çılpaqlığı ilə açıq-aşkar görünür. Və bu qəribə vücud bizim beynimizə, şürumuza olduqca qəribə fikirlər yeritməyə çalışır. Vücud deyir ki, 20 il eyni vəzifədə oturmaq və 5-6 ayrı hakimiyyətin hər birinə eyni sədaqətlə xidmət etmək, sən demə, siyasi büqəlamunluğun, ictimai mövqesizliyin və mənəvi simasızlığın hamıya məlum olan göstəricisi deyilmiş. AYB-nin bu son 20 ildə mənə göstərdiyi böyük qayğı və rəğbətdən bu qədər səxavətlə danışan Fikrət Qocadan bundan sonra hər hansı doğru söz eşitməyə ümid bəsləməyin nə mənası var?
Mən Fikrəti Anardan xeyli əvvəl tanımışam. Hələ Anardan da qabaq onunla illər boyu dostluq eləmişəm. Bizi bir-birimizdən bəlkə də, heç nə ayıra bilməzdi. Ancaq mənim bu iki köhnə dostumun vəzifə başında büs-bütün dəyişməyi bizi bir-birimizdən həmişəlik ayıra bildi. Bizi bir-birimizdən bir də, zaman ayırdı. Və elə ayırdı ki, bir daha birləşməyə ümid yeri qalmadı”.


Aynurə Həsənova






15 İyul, 2011  18:41 Baxılıb: 1891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner